Yaddaşı möhkəmləndirir, arıqlamağa kömək edir — Hər gün bir ədəd yeyin
Ölkə.Az axşam.az-a istinadən yumurtanın faydalarını sadalayır:
Sümükləri gücləndirir - yumurtanın tərkibində sümük əriməsinin qarşısını alan və sümükləri gücləndirən kalsium var. Tərkibindəki D vitamini bədəndəki kalsium tarazlığını təmin edərək dişlərin də inkişafını təmin edir.Sinir sistemini qoruyur - gündə bir ədəd yumurta yemək bədəni müxtəlif bakteriyalara və infeksiyalara qarşı qoruyur.
Əzələləri gücləndirir - yumurta zülal qaynağı olan qidalar sırasındadır. Əzələ yığmaq üçün məşqlər edirsinizsə, yumurta yemək sizin zülal ehtiyacınızı qarşılayacaq və əzələlərinizin inkişafına yardım edəcək.
İnfarkt riskini azaldır - aparılan araşdırmalar sübut edib ki, yumurtada olan aşağı miqdarda lipoprotein ürək infarktına tutulma riskini azaldır.
Arıqlamağa kömək edər - tərkibində olan bol miqdarda zülal sayəsində tez doymanıza kömək olur.
Yaddaşı möhkəmləndirir - tərkibində olan kolin beynin böyüməsini və inkişafını təmin edir. Digər tərəfdən kolin yaddaşı möhkəmləndirir və daha dəqiq olmanıza kömək edər.
Siam.az
Tarix: 14-04-2017, 19:44