Rayonda yaşayanlar da Bakıda sosial mənzil ala bilər? - Açıqlama
Rayon qeydiyyatında olan vətəndaşlarımız da Bakıda inşa edilən sosial mənzillərdən almaq üçün müraciət etmək hüququna malik olacaqlar Bu barədə
BakiPost.az-a iqtisadçı
Vüqar Bayramov məlumat verib. O bildirib ki, son günlər bu məsələ ilə bağlı ona xeyli müraciətlər daxil olur: "Bildirmək istərdim ki, Azərbaycan qanunvericiliyində belə məhdudiyyətlər yoxdur. Rayon qeydiyyatında olan vətəndaşlarımız da sosial mənzil almaq üçün müraciət edə bilər. Məsələn, sosial mənzil almaq istəyən şəxs Tərtər rayonunda yaşayırsa və Bakıda mənzilə müraciət etmək istəyirsə, o zaman burada heç bir məhdudiyyət olmayacaq”.
Vüqar Bayrmov onu da əlavə edib ki, güzəşti olan hər bir şəxs qeydiyyat yerindən asılı olmayaraq Bakıda inşa edilən mənzillərə müraciət edə bilər.
Qeyd edək ki, paytaxt Bakıda, Yasamal rayonunda inşa edilən sosial mənzillərə görə qeydiyyat mayın 1-dən başlayır.
Siam.az
Tarix: 15-04-2017, 13:38