Problemlə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Məmmədli kəndində məişət tullantıları əvvəlcədən müəyyən edilmiş cədvələ uğun vaxtlı-vaxtında ərazidən daşınır: “Hazırda Məmmədli kəndinin əsas küçəsində cari təmir işləri həyata keçirilir. Kənddə məişət tullantıları vaxtlı-vaxtında, yəni cədvələ uyğun şəkildə daşınır. Bayram günlərində bir neçə saatlıq yubanma olub, amma ümumən belə bir problem yoxdur. Hazırda kəndin küçələri tamamilə təmizdir. Həmçinin vətəndaşlara çağırış edirik ki, məişət tullantılarını yol kənarında qoyulmuş konteynerlərə atsınlar, kənar yerlərə tullamasınlar”.