"Tam Store" cərimələndi

Nərimanov Rayon Məhkəməsində "Tam Store" MMC-yə yazılan inzibati protokola baxılıb. Pravda.az-ın xəbərinə görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə inzibati tənbeh tətbiq edilməsi ilə bağlı qərar çıxarılıb.
Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Qeyd: "Tam Store" MMC mağazalar şəbəkəsi kimi fəaliyyət göstərir, Ceyhun Yusubovun baş direktor olduğu "Avrora Qrup"a daxildir. Qrupun prezidenti tanınmış iş adamı Ceyhun Abbasovdur.
Ceyhun Abbasov
Ceyhun Yusubov
Tarix: 27-09-2024, 12:17