Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 2 min işçisinə maaş verilmir? - RƏSMİ AÇIQLAMA
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 2 min işçisinə iki aydır, maaş verilmədiyi iddia olunur. Bu barədə
Pravda.az-a daxil olan məlumatda bildirilib ki, əməkhaqlarının verilməməsi səbəbindən fəhlələr BŞİH qarşısında aksiya keçirməyi planlaşdırırlar.
Pravda.az Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanlayıb.
Baş mühəndis Cavanşir Məmmədov deyib ki, məlumat tamamilə yanlışdır: “Əməkhaqları verilib. Heç bir narazılıq da yoxdur”.
Tarix: 19-10-2024, 14:39