Elçin Əlibəylinin aparıcısı olduğu “Sehrli ilmələr” verilişi həmişəki vaxtda, şənbə günü saat 12:00-da yayımlanmayıb.
Strateq.az xəbər verir ki, metbuat.az bununla bağlı Elçin Əlibəyli ilə əlaqə saxlayıb və o, xəbəri təsdiqləyib, amma əsas səbəbi açıqlamayıb.
Açıqlama vermək səlahiyyətində olmadığını deyən aparıcı səbəbi Space TV- və layihənin sahibi “Azərxalça” ASC-nin daha dəqiq bildiyini söyləyib.
Space TV-nin icraçı direktoru Kamil Şahverdiyevisə qeyd edib ki, layihə 1 aylıq nəzərdə tutulduğu üçün dayanıb.
O, həmçinin bildirib ki, 2019-cu ildə layihə yenidən davam edə bilər.