Siam.az oxu.az-a istinadən bildirir ki, şəkillərin kameranın yaddaşına köçürülməsi 1980-ci illərdən bugünədək olan dövrü əhatə edir.
Babayevin paylaşımları Azərbaycanın dahi sənətkarları, ölkəmizə səfər edən əcnəbi ulduzlar, müğənni və incəsənət nümayəndələrinin fotolarından ibarət arxivin bir hissəsidir.
Əməkdar artist Firuzə İbadova uzun illər “Azkonsert”in, “Dan ulduzu” ansamblının, Azərbaycan Dövlət Televiziyasının solisti kimi çalışıb. O, görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi kimi tanınır.
Xalq artisti Elmira Rəhimova 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 50-ci illərin sonunda hind mahnılarının mahir ifaçısı ki məşhurlaşıb.
Xalq artisti Şahnaz Haşımova – Azərbaycan televiziyası və radiosunun “Qızıl Fondu”nda saysız-hesabsız lent yazıları qorunur. Rəhbərlik etdiyi kollektivlər AzTV və digər televiziya kanallarında çıxış edirlər.
Mərhum Xalq artisti Gülşən Qurbanova uzun müddət AzTV-nin “Gəlin, birlikdə gülək” adlı layihəsində çıxış edib. AzTV-dəki layihə bitdikdən sonra aktrisa ANS-lə uzun müddət əməkdaşlıq edib. Aktrisa “Qaynar qazan” verilişinin aparıcısı kimi tamaşaçılar tərəfindən xüsusilə sevilib. Gülşən xanım bu telekanaldan incik ayrılaraq, “Lider” telekanalına üz tutub və burada “Mikser” verilişinin aparıcılığını edib.
Dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımov
Xalq artisti Ağadadaş Ağayev 1984-cü ildən Filarmoniyada Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyətə başlayıb. 1988-ci ildən Azərbaycan Televiziyasının solistidir.
Xalq artisti Mələkxanım Əyyubova 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C.Qaryağdıoğlu adına muğam üçlüyündə çalışıb.
Xalq artisti Flora Kərimova Azərbaycanın məşhur estrada və opera müğənnisidir.
Maraqlı obrazları ilə teatrsevərlərin rəğbətini qazanan Xalq artisti Naibə Allahverdiyeva
Peşəkar estrada müğənnisi, Xalq artisti Brilliant Dadaşova
Uzun müddətdir Türkiyədə yaşayıb-yaradan Əməkdar artist Məlahət Abbasova
2016-cı ildə İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini seçilib.
Muğam, xalq və estrada müğənniləri, Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova
Xalq və estrada müğənnisi, mərhum Xalq artisti İlhamə Quliyeva
Estrada müğənnisi, Xalq artisti Mübariz Tağıyev
Estrada müğənnisi, Xalq artisti Niyaməddin Musayev
Mahir yumor ustası, Xalq artisti Arif Quliyev
Məşhur müğənni, Xalq artisti Bilal Əliyev
Aktyor-aparıcı Əkbər Əlizadə.
Estrada müğənnisi, Xalq artisti Nisə Qasımova
Mərhum Xalq artisti Amaliya Pənahova və həyat yoldaşı, diktor Yusif Muxtarov
Dünya şöhrətli müğənni, millət vəkili və Xalq artisti Zeynəb Xanlarova
Xalq artisti Nübar Novruzova
Mərhum Xalq artisti Yaşar Nuri və Əməkdar artist Mətanət İsgəndərli
Şou-biznesin banisi, müasir Azərbaycan musiqisinin yaradıcısı, pop diva, Xalq artisti Aygün Kazımova
Estrada musiqisinin mahir ifaçısı, Xalq artisti Sərxan Sərxan
Müğənni Şəbnəm Tapdıq
Xalq mahnılarının ifaçısı, hazırda həbs də olan müğənni Fədaya Laçın
Əməkdar artist Rəhman Rəhmanov
Əməkdar artistlər Nüşabə Ələsgərli və Xalq artisti İlqar Muradov
Xalq artisti Nazpəri Dostəliyeva böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti “Nə olar, Allahım, ayırma bizi” mahnısı olub. 1998-cı ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir.
Azərbaycan musiqisində ilk dəfə muğamla caz musiqisini birləşdirən dahi bəstəkar Vaqif Mustafazadənin qızı, Xalq artisti Əzizə Mustafazadə
Onu dünyada Aziza Mustafa Zadeh olaraq tanıyırlar. Əzizə məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısıdır. O, anası Eliza Mustafazadə ilə birlikdə Almaniyada yaşayır.
Azərbaycanlı rəssam-modelyer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova
Diktor Nərgiz Cəlilova 15 ilə kimi AzTV-də çalışıb.
Hazırda Azərbaycan Dövlət Muğam Teatrının və “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin solisti, Əməkdar artist Könül Kərimova
Əməkdar artist Nahidə Orucova
Xalq və bəstəkar mahnıların mahir ifaçısı, müğənni Qədir Qızılsəs
Xalq və estrada müğənnisi, Əməkdar artist Ruhəngiz Musəvi
Məşhur aktyor, Əməkdar artist Rafael İsgəndərov
Milli Azərbaycan musiqisinin mahir ifaçısı, bəstəkar və müğənni, Əməkdar artist Xumar Qədimova
Uzun illərdir müxtəlif telekanallarda aparıcı vəzifəsində çalışan, həftə içi beş gün “Lider” TV-də yayımlanan “Həyat tərzi” verilişinin müəllifi və aparıcısı Lamiyə Ələkbərova
Estrada və xalq mahnılarının ifaçısı, Əməkdar artist Almaz Ələsgərli
Müğənni Xədicə Abbasova (görkəmli bəstəkar Emin Sabitoğlunun həyat yoldaşı - red.)
Ölkə.Az