İyunun 15-də VII Muğam Televiziya Müsabiqəsinin final mərhələsi baş tutub.
Modern.az xəbər verir ki, ötən gün saat 21:00-da başlayan müsabiqənin final mərhələsində 7 ifaçı mübarizə aparıb.
Müsabiqənin finalında 1-ci yeri Xəyal Hüseynov və İlahə Rüstəmova, 2-ci yeri Murad Rüstəmzadə, Zülfiyyə Cəbrailzadə, 3-cü yeri isə Vəliş Mirzəyev, Rəvan Qaçayev və Faiq Ələkbərov bölüşüb.
Birinci yerin qaliblərinə xalq artistləri Arif Babayev və Əlibaba Məmmədov, ikinci yerin qaliblərinə Səkinə Rzayeva və Mənsum İbrahimov, 3-cü yer qaliblərinə isə Mələkxanım Eyyubova, Sərdar Fərəcov və İlqar Fəhmi mükafatları təqdim edib.
Qeyd edək ki, 1-ci yerin sahibi İlahə Rüstəmova Muğam Müsabiqəsi-2011-də 2-ci yeri tutan Kamilə Nəbiyevanın bacısıdır.