Nigar Camaldan partiya sədrinə: ““Ell və Nikki, yoxsa Eliş - Nikki?”
Ağ Partiya başqanı Tural Abbaslı açıqlamasında "Evrovision" qalibləri Nigar Camal və Eldar Qasımova irad bildirib. O deyib ki, Nigar özünə Niki, Eldar isə El deyir: "Öz milli adlarını səsləndirməyə belə özlərinə sığışdırmırlar". Pravda.az xəbər verir ki, T.Abbaslının sözügedən fikirlərindən sonra N.Camal İnstaqramda paylaşım edib. Sənətçi Eldar və aktyor Cabir İmanovla fotosunu paylaşaraq bunları yazıb:
"Ell və Nikki, ya Eliş və Nikki?".
Eldar isə həmin paylaşıma bir komment əlavə edib:
"Məncə, Nicar Jamalzadə".
Sənətçinin paylaşımı sosial şəbəkələrdə T.Abbaslının açıqlamasını xatırladıb.
Tarix: 27-05-2021, 15:18