Elza Seyidcahanla jurnalist arasında gərginlik: “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?” - VİDEO
Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.
Hadisə ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində baş verib.
Aparıcı Xoşqədəm Hidayətqızı Elzanın oğlunun anasına 1 000 manat göndərdiyini bildirib.
Zülfiyyə Qurbanova isə: “Oğlun deyir ki, maşını satıb, qalan pulu ödəyəcək. Maşını satıb pulu verirsə, burada oturmağına ehtiyac yoxdur, burada niyə camaatdan pul yığırsan?” - deyə əlavə edib.
Bu sözlərdən sonra Elza ilə jurnalist arasında gərginlik yaranıb:
“Mən icazə vermərəm ki, oğlum nə maşınını, nə telefonunu, nə də evini satsın. Şantaja görə heç nəyimi satmaram”, - deyə Elza vurğulayıb.
Tarix: 25-05-2022, 15:17