KXDR Seulun nümayəndəsini qəbul etmək istəməyib - Təklifi Inın bacısı rədd edib



Cənubi Koreya rəhbərliyi Koreya Xalq Demokrtik Respublkasına (KXDR) ölkə lideri Kim Çen Inla danışıq aparmaq üçün xüsusi nümayəndə göndərmək istəyib, ancaq rədd cavabı alıb. Bu barədə KXDR-nın dövlət «STAK» informasiya agentliyi xəbər verib.
Bəyanatda deyilir ki, elçi qismində Koreya Repspublikası dövlət təhlükəsizliyi İdarəsinin rəisi Çon In Yon və milli kəşfiyyat xidmətinin rəhbəri So Xun çıxış etməli imiş.
Agentliyin məlumatına görə, təklifi Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin (KƏP MK) təbliağı-təşviqat şöbəsinin müdiri Kim Yo Çjon rədd edib.
Qeyd olunur ki, o, təklifi «Seulun tələsi» adlandırıb. Bundan başqa qeyd edilir ki, görüş ideyası «karantin tədbirləri fonunda lap əvvəldən qeyri-real olub, çünki karantin səbəbilə KXDR ərazisinə istənilən giriş qadağandır».
Şimali Koreya tərəfinin fikrincə, bu təklif nümayiş etdirir ki, Cənubi Koreya hakimiyyəti «mövcud situasiyanı ciddi qəbul edir və nəticələrini əvvəlcədən görür».
AzPolitika.info
Tarix: 18-06-2020, 07:21




Xəbər lenti