Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Nərimanov rayonunun icra başçısı vəzifəsində işləyəndə 140 ailə dələduzluğun qurbanı olmuşdu.
Onlar dəymiş zərərin ümumi məbləği 10 milyon manatdan çox idi.
Vətəndaşları mənzil vədi aldadaraq Gözdən Əlillər Cəmiyyətində əlil kimi qeydiyyata almışdılar. Təbii ki, qeydiyyat alınma müəyyən şərtlər əsasında baş vermişdi.
Lakin gözdən əlillər üçün nəzərdə tutulan binanın tikintisi başa çatdıqdan sonra məlum olmuşdu ki, həmin vətəndaşların heç bir qeydiyyatda yoxdur.
Bu olayda Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin, Abdin Fərzəliyevin və onun müavini Şahmar İbadovun adı hallanırdı.
Zərəçəkmişlərin əllərində Abdin Fərzəliyevin və Şahmar İbadovun imzalı-möhürlü sənədlər var idi. Həmin sənədləri bu məsələni medaida işıqlandıran jurnalist kimi şəxsən özüm görmüşəm.
Aldadılan vətəndaşlar dəfələrlə Prezident Adminstrasiyasının qarşısında aksiya keçirmişdilər. Bu aksiyalarda da əsasən Abdin Fərzəliyevlə Şahmar İbadovun adını çəkirdilər. Maraqlıdır ki, həmin vaxt vətəndaşların aksiyaları, yuxarı orqanlara şikayətləri bu şəxsləri narahat etmirdi. Həmin vaxt zərərçəkmişlər iddia edirdilər ki, Səmyar Abdullayevi, Abdin Fərzəliyevi və Şahmar İbadovu Ramiz Mehdiyev himayə edir.