Korrupsiyaya necə qalib gəlmək olar?

 Hüquqşünas Vüqar Dadaşövdan təklif

Korrupsiyaya qarşı səmərəli mübarizənin hüquqi təşkili barədə tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşovun maraqlı  təklifləri ilə çıxış etmişdir. Həmin çıxışı oxucularımıza təqdim edirik.

“Ölkəmizdə korrupsiya ilə mübarizənin səmərəli şəkildə aparılması üçün bu sahədə qanun normalarının  təkmilləşdirilməsi,   eləcə də qanunlara müəyyən dəyişikliklərin edilməsi vacibdir. Əvvəla qeyd edim ki, korrupsiya dövlətin ümumi inkişafını əngələyəm ən böyük maneədir. Bu maneə dövlətimizin iqtisadi gücünü zəiflədir, xalqımızın sosial rifahını dözülməz həddə çatdırır, təhsilimizi bərbad günə qoyur, səhiyyəmizi yarıtmaz edir, ədalət mühakiməsini əhəmiyyətsiz hala salır və ümumiyyətlə elə bir sahə yoxdur ki, ora mənfi təsir etməsin. Korrupsiya ilk növbədə xalq və dövlət vəhhdətini, xalqın dövlətə inamını  və etibarını sarsıdır,   bununla da dövlətçiliyimiz təhlükə altına düşür.  Məhz buna görə də son vaxtlar ölkə başçısının müxtəlif sahələrində korrupsiyanın aradan qaldırılması üçün imzaladığı sərəncam, fərmanlar, tapşırıqlar eləcədə digər səyləri korrupsiyanın təhlükəli həddə olduğuna  əyani sübutdur.

Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə kompleks şəkildə aparılmalıdır.  Əhalini maarifləndirmə  ilə bərabər  qanun normaların təkmilləşdirilməsi və dəyişikliklər edilməsi, struktur islahatların aparılması müsbət effekt  verə bilər. Təklif etdiyim proqram aşağıda göstərdiyim mahiyyətdən  ibarətdir:

  1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası  Qanununa müvafiq dəyişiliklər edilməlidir. Belə ki, bu qanunda dövlət qulluqçularının rəhbər vəzifələrində fəaliyyət müddəti müəyyən olunmayıb. Hesab edirəm ki, dövlət qulluqlunda rəhbər vəzifələrə müəyyən konkret müddətə (məsələn 5 illik) təyin olunmalıdır. Şəxsin ardıcıl seçilməsi qadağan edilməlidir. Eləcədə

Dövlət qulluqçusunun fəaliyyət dövrünün inzibati və cinayət  məsuliyyəti müddətsiz hesab edilməlidir.

  •  “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda da      “Korrupsiya hüquqpozmalarına görə fiziki və ya hüquqi şəxslərin məsuliyyətə cəlb edilmə müddəti müddətsizdir”  hissəsi  əlavə edilməıidir. Həmçinin korrupsiyada şübhəli bilinən şəxsin və onun ailə üzvlərinə məxsus əmlak barədə işə məhkəmədə baxılana qədər mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülməlidir.
  • Azərbaycan Respublikası Cinayət Məcəlləsinə aşağıdakı müvafiq dəyişikliklər edilməlidir. Korrupsiya ilə bağlı cinayətlər dəyərindən aşlı olmayaraq ən ağır kateqoriyalı cinayət hesab edilməli və ən əsası isə  “müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə” korrupsiya ilə bağlı yəni, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308, 309, 310, 311, 312, 313, 314-cü maddəsinə nəzərdə tutulmuş qanun pozuntularına  şamil edilməməlidir.
  • Vəzifəli şəxslərin fəaliyyət dövrünün  zəmanəti, həmçinin hüquqi şəxslə bərabər vəzifəli şəxsin müddətsiz məsuliyyəti müəyyən olunmalıdır.
  • Əhalinin kütləvi informasiya vasitələri ilə, televiziya, sosial media və sosial şəbəkələrin vasitəsi ilə hüquqi maarifləndirmə sistemli şəkildə təşkil olunmalıdır.

  Hesab edirəm ki,  təkliflərin qəbul edilməsi dövlət qulluqçusunun və dövlət büdcəsindən maliyyələşən  təşkilatlarını rəhbər vəzifələrini müddətli təyinatı həmin şəxslərin məsuliyyətinin artmasına səbəb olacaq. Müddətli təyinat eyni zamanda da vəzifəli şəxsin “klanlıq“, “qohumluq”, “qrup” yaratmasını əhəmiyyətsiz edəcək. Yeni rəhbərlik zamanı buraxılmış qanun pozuntusunun  aşkar edilməsi ehtimalı, vəzifəli şəxsi qanun pozuntusundan və korrupsiya meyllərindən  çəkindirəcək. Vəzifə “alqı-satqısı” aktuallığını itirəcək. Korrupsiyanın ən ağır kateqoriyalı cinayət hesab edilməsi və cinayət məsuliyyətinə cəlb etmə müddətinin müddətsizliyi cinayət əməlinin dövründən aşlı olmayaraq hər an aşkar edilməsi ehtimalı korrupsionerin “iştahasını” vuracaq. Vəzifəli şəxsin fəaliyyət dövrünün zəmanətinin müddətsizliyi vəzifəli şəxsin gördüyü və rəhbərlik etdiyi sahədə məsuliyyətinin və iş keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.

Korrupsiyaya qarşı səmərəli mübarizənin aparılması üçün tərəfimdən hazırlanmış  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası  Qanununa, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa və  Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilməsi barədə təkliflərim layihə şəklində Milli Məclisə təqdim edilmişdir və ümid varam ki, verdiyim təkliflər Milli Məclisdə nəzərə alınacaq və qanunlara  müvafiq dəyişikliklər ediləcəkdir”

шаблоны для dle 11.2
Tarix: 14-06-2019, 22:31




Xəbər lenti