“Safmed Clinic” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində əhalilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə Operativ vergi nəzarəti nəticəsində tərtib edilib. 32gun.az xəbər verir ki, akta əsasən 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub. Şirkət Quba rayonu, Qəçrəş kəndi ünvanında qeydiyyatdadır. Hüquqi təmsilçisi Xaqani Mirzəliyev İsmayıl oğludur, nizamnamə kapitalı isə cəmi 10 manat təşkil edir. Qeyd edək ki, belə sanksiyalar əsasən qanunvericiliklə müəyyən olunmuş nağd və nağdsız hesablaşma qaydalarının pozulması hallarında tətbiq olunur.