Kremldən xəbərdarlıq: “ABŞ Ordusu Ukraynada peyda olarsa...”


Kremldən xəbərdarlıq: “ABŞ Ordusu Ukraynada peyda olarsa...”
“...Rusiya təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görəcək”
 
“ABŞ Ordusu Ukraynada peyda olarsa, Rusiya təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görəcək”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
 
Peskov qeyd edib ki, Kiyevdən ABŞ hərbçilərinin Ukraynaya gətirilməsi barədə qəbuledilməz və yersiz açıqlamalar verilir.
 
Qeyd edək ki, 1 aprel tarixində Ukrayna Müdafiə Nazirliyinin Mətbuat Xidməti ABŞ və Ukraynanın hərbi nazirləri arasındakı telefon danışıqlarının ardından, Vaşinqtonun Kiyevi Rusiya təcavüzündən qorumaq vədi verdiyini açıqladı.
 
Bundan əlavə, Kiyev NATO ölkələrini Donbassdakı vəziyyətin gərginləşməsi səbəbindən döyüş hazırlığını artırmağa çağırış edib.
 
Xatırladaq ki, martın 31-də “The New York Times” nəşri ABŞ rəsmilərindən birinə istinad edərək xəbər yayıb ki, Rusiya Ukrayna ilə sərhədə hərbi qüvvələr cəmləşdirib.
 
Ukrayna Prezidenti Vladimir Zelenski isə Rusiyanın sərhəddəki hərbi fəaliyyətini əzələ nümayişi adlandırıb. Prezident Ukraynanın hər cür təxribata hazır olduğunu bildirib.
Tarix: 2-04-2021, 16:11




Xəbər lenti