Goranboy sakini HAQSIZLIQLA ÜZ-ÜZƏ... - 3-cu qurup əlildir, amma...
Goranboy rayon Təhlə kənd sakini Emin Əliyev yerli məşğulluq idarəsinin işçilərindən şikayətçidir. "DİA-AZ"ın məlumatına görə, Emin Əliyev deyir ki, 5 nəfərdən ibarət ailə üzvü var və 3-cu qurup əlildir.
Çətinliklə dolandığını deyən Əliyev bildirir ki, 2019-cu ildə özünəməşğulluq proqramı çərçivəsində ona mal-qara verilməsi üçün Goraboy rayonunun Məşğulluq İdarəsinə müraciət edib. Lakin 6 il sonra Goranboy rayonunun Məşğullluq İdarəsinin nümayəndəsi İqbal adlı şəxs ona əmək qabiliyyətini itirdiyi üçün köməklik göstərə bilməyəcəklərini bildirib.
Şikayətçi deyir ki, 2024-cü il fevral ayında həyat yoldaşı Aysel Mehdiyeva eyni müraciətlə məşğulluq idarəsinə müraciət edib, lankin yenə müsbət cavab ala bilməyib. Ona bildiriblər ki, bu işlərə birbaşa Bakıdan nəzarət olunur və biz heç nə edə bilmirik...
Əslində isə bütün bunların bəhanə olduğunu bildirən narazı vətəndaş əlaqədar qurum və təşkilatlardan ona kömək edilməsini xahiş edir...