Rayon rəhbəri Cavanşir küçəsində aparılan təmir işləri ilə yerində tanış olub



Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Regionlarda həyata keçirilən sürətli və davamlı inkişaf strategiyası sosial problemlərin həllində özünü aydın surətdə göstərir. Həyata keçirilən uğurlu, məqsədyönlü siyasət nəticəsində Respublikamızın bütün bölgələrində olduğu kimi Tərtər rayonunda da quruculuq, abadlıq işləri sürətlə davam etdirilir, şəhərin küçələri memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur. 
2025-ci ildə əsaslı təmiri nəzərdə tutulan Tərtər şəhərinin şəhidlərin adını daşıyan 9 küçəsində işlər yekunlaşmaq üzürədir, digər 3 küçədə isə səkilərin salınması işləri nəzərdə tutulub ki, hazırda Cavanşir küçəsində işlərə başlanılmışdır. 
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Cavanşir küçəsində aparılan təmir işləri ilə yerində tanış olub, aidiyyəti şəxslərə öz tövsiyyə və tapşırıqlarını verib.
Qeyd edək ki, təmir aparılan küçədə səkilərdəki köhnə bardyorlar sökülərək yenisi ilə əvəz olunur, səkilər asfalt örtüyü qoyulması üçün hazır vəziyyətə gətirilir, kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
Rayon rəhbəri təmir işləri aparılan küçədə sakinlərlə görüşərək, onları narahat edən məsələləri yerində dinləyib, sakinləri əmin edib ki, şəhərdə abadlıq-quruculuq işlərinin uğurla davam etdirilməsi üçün bütün lazımi imkanlardan istifadə ediləcək.
Küçənin sakinləri görülən işlərdən razılıq edib, aparılan təmir işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
    

Tarix: 21-06-2025, 22:44
Xəbəri paylaş





Xəbər lenti