Xalq Hərəkatının fəalları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Elçibəyin məzarı önünə toplaşdılar - FOTOLAR


31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü  münasibəti ilə Xalq Hərəkatının fəalları, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət edib, abidə önünə çələng qoyublar.  

Dövlət Himninin oxunuşundan sonra tədbirin təşkilatçısı, Bəhram İsmayıl sərhəd hərəkatının yaranması və Əbülfəz Elçibəyin Bütöv Azərbaycan mübarizəsi haqda qısa məlumat verib. 

Daha sonra sərhəd hərəkatının təşkilatçıları və   öncülləri  Mirhadi Yusifli, Fərəc Quliyev, Səyavuş Mustafayev, jurnalist-bloger Rayət İmaməliyev və başqaları o dövrün hadisələrini yada salıb, xalqın bütövlük hərəkatı və Elçibəyin fəaliyyəti haqqında  düşüncəlırini bölüşüblər.

Tədbir xatirə fotolarının çəkilməsi ilə başa catıb.

Gundemxeber.com

Tarix: Dünən, 12:37
Xəbəri paylaş





Xəbər lenti