Aidiyyatı qurumlar “Dr.Gülü”nün qanunsuz əməlinə niyə göz yumur? – VİDEO

bitmap-img6
Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən qanunsuz estetik əməliyyatlar həyata keçirən Gülbadə Abdullayeva yenidən iş başındadır. 

Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində adı olmayan və özünü “Dr Gülü” kimi təqdim edən Gülbadə Abdullayeva yenidən qanunsuz fəaliyyətini bərpa edib. 

Bu barədə AzFakt.com-un əldə edtiyi məlumata görə Gülbadə Abdullayeva Bakı şəhəri Nəsimi rayon Hüseynqulu Sarabski 71 ünvanında iki otaqlı ofis icarəyə götürərək qanunsuz estetik əməliyyatla məşğuldur. Dəfələrlə Səhiyyə Nazirliyi və Baş Prokuroluq tərəfindən qanunsuz estetik əməliyyatlarla bağlı Gülbadə Abdullayevaya xəbərdarlıqlar edilməsinə baxmayaraq, “Dr.Gülü” adı çəkilən qurumların xəbərdarlıqlarını qulaqardına vuraraq işini davam etdirir. 

AzFakt.com saytında bir neçə ay öncə Gülbadə Abdullayevanın şəriki Fatima adlı xanımla birlikdə Binəqədi rayonunda 3 otaqlı icarəyə yer götürərək qanunsuz estetik əməliyyat etməsi barədə məlumat dərc edilmişdi. Həmin məlumatdan sonra aidiyyatı qurumlar Gülbadə Abdullayeva və şəriki Fatima barədə araşdırma aparılaraq, qanunsuz fəaliyyətin qarşısı alındı. Ancaq bir ay keçməmiş Gülbadə Abdullayeva və ortağı Fatima yenidən Nəsimi rayon Hüseynqulu Sarabski 71 ünvanında peyda olublar. 

Bildirək ki, “Dr.Gülü” nün ortağı Fatima xanım Tik-Tok sosial şəbəkəsində yenidən hər gün canlı açaraq vətəndaşları estetik əməliyyata çağırış edir. 



Gülbadə Abdullayeva və ortağı Fatima adlı şəxsin sosial şəbəkələr vasitəsilə qanunsuz estetik əməliyyatları reklam etmələri isə o anlama gəlir ki, bu şəxslər Səhiyyə Nazirliyinin və Baş Prokurorluğun xəbərdarlıqlarını qulaqardına vururlar. Görünür dövlət qurumlarının xəbərdarlıqlarını saya salmayan Gülbadə Abdullayeva və ortağı Fatimanın güclü himayədarları var. Bu belə olmasaydı aidiyyatı qurumar çoxdan “Dr.Gülü”nü qanunsuz əməllərinə görə məsuliyyətə cəlb edərdilər. 




Tarix: Bu gün, 09:21
Xəbəri paylaş





Xəbər lenti