“Yaşıl pasport”, “şübhəli peyvənd” və “siyasi covid”



“Yaşıl pasport”, “şübhəli peyvənd” və “siyasi covid”
Beynəlxalq siyasətdə yeni təziq aləti: “etibarsız” peyvəndlərlə aşılanmaq problemlər yarada bilər
 
Peyvənd insanların pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər olmadan bir ölkədən digərinə səfər etmək imkanlarını geri qaytarmalıdır. Ancaq hər şey ilk baxışdan görünə biləcəyi qədər sadə deyil. Bəzi ölkələrdə aşılanmış və bunu təsdiqləyən sənədi olan hər kəsin girişinə icazə verilirsə, digər ölkələrə yalnız müəyyən peyvənd növü ilə peyvənd olunmuş şəxslərin sərbəst daxil olması mümkün olacaq.
 
Blok daxilində sərbəst hərəkəti asanlaşdırmaq üçün 17 martda təqdim edilən “yaşıl pasport” (Green Pass) təklifi, yalnız Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş dərmanla aşılanmş insanlara  şamil ediləcək. İnterfax.ru xəbər verir ki, bu barədə Avropa Birliyindəki (AB) bir mənbə “Euronews” telekanalına məlumat verib.
 
Bu günə qədər EMA dörd peyvəndi təsdiqləyib – “Pfizer-BioNtech”, “AstraZeneca”, “Moderna” və “Johnson & Johnson”. Belə bir pasportun etibarlılığı koronavirus pandemiyasının sona çatması ilə məhdudlaşacaq və PCR testlərini və karantini istisna etmir.
 
Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayen peyvənd məlumatlarına, PCR test məlumatlarına və koronavirusa yoluxmasonrası toxunulmazlıq məlumatlarına əsaslanaraq, təxminən üç ay ərzində “yaşıl pasport”ların hazırlanmasının texniki məqsədəuyğunluğunu elan etmişdi.
 
Ölkəmizdə artıq vətəndaşlar Çin peyvəndi ilə aşılanır. Bundan əlavə, 300 min doza Rusiyanın “Sputnik V” peyvəndi və 400 min dozadan çox İngiltərə-İsveç aşısı olan “AstraZeneca”-nın çatdırılması gözlənilir. Sonuncunun aşılanması halında, AB-yə girmə ilə əlaqədar heç bir problem olmamalıdır. Ancaq bu günə qədər 10-dan çox ölkə, onlarla aşılanmış adamda tromboz müşahidə edildiyi üçün, ehtiyatdan “AstraZeneca” ilə peyvəndləməni dayandırdı və bu cür xəbərlərin fonunda belə bir peyvəndlə aşılanmaq istəyənlərin sayı Azərbaycanda da az ola bilər.
 
Çin və Rusiya peyvəndlərinə gəldikdə, onlar özlərini müsbət göstəricilərlə sübut edib, amma EMA-nın gözündə deyil.
 
Bununla birlikdə, rus peyvəndi ilə bağlı müəyyən dəyişikliklər var. AB tənzimləyicisi “Sputnik V” ilə bağlı elmi tövsiyələri tamamladı və istehsalçıya dərmanın AB-də qeydiyyata alınması üçün müraciət etmə imkanı verdi. Bunu Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) etdi. Bu məsələnin necə bitəcəyini söyləmək çətindir.
 
Bəzi peyvəndlərin təsdiqlənməsi və rədd edilməsi məsələsinin tibbi deyil, daha çox siyasi qərar olduğu aydındır, amma bu, AB üçün etibarsız sayılan bir peyvəndlə aşılanan vətəndaşlarımızın AB ərazisində necə səyahət edə biləcəyi sualını ortadan qaldırmır. Müəyyən bir siyahıdakı peyvəndlərlə aşılananlara bir sıra üstünlüklər verirsə, bu, qalan peyvənd edilənlərə qarşı ayrı-seçkilik yaradacaq. Onlar səfərdən bir az əvvəl bir PCR testindən keçməli olacaqlar. Bu, pulsuz deyil və ola bilsin ki, başqa bir ölkəyə gəldikdən sonra karantində oturmalı olacaqlar ki, bu da qısa səfərlərin mənasız olmasına səbəb olacaq.
 
Bizim dövlət strukturları hələ də bu mövzuda susur. Ehtimal ki, digər dövlətlərdən bu istiqamətdə müəyyən addımlar atılmasını gözləyirlər.
ATAA” İdarə Heyətinin sədri Rüfət Hacıyevin turizm şirkətlərinə müraciəti –  Turizm Media
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) İdarə Heyətinin sədri Rüfət Hacıyevin AYNA-ya dediyinə görə, COVID pasportları hələ müzakirə mərhələsindədir və bu gün heç bir konkretlik yoxdur: “Konkret qərar olduqdan sonra vətəndaşlarımızın sərbəst uça biləcəyi yerləri ətraflı bir şəkildə təhlil etmək mümkün olacaq, giriş zamanı peyvənd üçün tələblərin nə olduğu aydın olacaq. Və bu vəziyyətdə tursitlərimizin müəyyən ölkələrə girişini necə asanlaşdırmaq barədə təkliflər irəli sürüləcək”.
 
Politoloq İlqar Vəlizadə AYNA-ya şərhində deyib ki, EMA tərəfindən təsdiqlənməmiş peyvəndlərlə aşılananların AB-yə girişinə maneələr qoysalar, bu, tamamilə mənasız bir qərar olacaq: “Belə qərar yalnız Azərbaycan vətəndaşlarına deyil, bir çox başqa dövlətlərin vətəndaşlarına da mənfi təsir edəcək. AB üçün Çin əsas iqtisadi tərəfdaşdır və bu ölkənin vətəndaşlarının Çin peyvəndi ilə aşılandığı aydındır. Bəs onlarla və digərləri ilə nə etmək lazımdır?”.
Vəlizadə: “Azərbaycan regionun enerji təhlükəsizliyindəki rolunu  möhkəmləndirib”
“Belə qərar keçən il BMT Baş Assambleyasında hazırlanmış prinsiplərə zidd olacaq. O zaman müzakirəyə təşəbbüskar olan Azərbaycan idi və tədbirdə bütün bu problemlərin hərtərəfli həllinə ehtiyac olduğu vurğulandı. Qeyd etmək istərdim ki, Azərbaycan bir neçə növ peyvənd alır. Məsələn, Avropa şirkətləri ilə işləyən bir iş adamı Çin “SinoVac”-ı ilə peyvəndlənibsə, bu, onun həqiqətən də AB-yə buraxılmamasının səbəbi ola bilərmi? Bu, absurd olardı və məsələnin bu həddə gələcəyini düşünmürəm. Belə bir siyasət AB-nin özünün də maraqlarına uyğun gəlmir”, - deyə Vəlizadə bildirib.
 
Pilotoloq həm “Pfizer”, həm də “AstaZeneca”-nın Azərbaycana tədarük şərtlərini pozduğunu xatırladıb: “Bəzi ölkələrin digərlərinin ietehsal etdiyi peyvəndlərə qarşı qəsdən qərəzli münasibət bəsləməsi kədərli haldır. Bir peyvənd təsirli və təhlükəsizdirsə, kimin tərəfindən istehsal edilməsinin heç bir əhəmiyyəti olmamalıdır”.
 
Müsahibimiz qeyd edib ki, dövlətlər arasında peyvəndlərin paylanması da siyasiləşdirilib: “Bəzi ölkələr peyvənd ehtiyatı yığıb və bununla da digər ölkələrin ehtiyac duyduğu aşıları almasına mane olurlar. Ümumdünya humanitar dəyərlərin həyata keçirilməsinə çağıran dünyanın bir sıra aparıcı dövlətləri, öz ölkələrinin əhalisini onlardan kasıb ölkələrin əhalisindən daha çox aşılanmağa layiq hesab edərək, yenidən ikili standartlara əl atır. Bütün bunlar bütövlükdə ürəkbulandıran mənzərə yaradır və BMT Baş Assambleyasında səsləndirilən tezislərlə ziddiyyət təşkil edir”.
Tarix: 18-03-2021, 22:29




Xəbər lenti