Siyəzənnfet NQÇİ -nin Ata çay sahəsində iş otağında Tibbi yardım qutusunda olmalı olan dərmanlar hara gedir?

Siyəzənnfet NQÇİ -nin Ata çay sahəsində iş otağında Tibbi yardım qutusunda olmalı olan dərmanlar hara gedir? - Qutuda cəmi 2-3 vaxtı keçmiş dərman var 32
Siyəzənnfet NQÇİ -nin rəisi cənab Рауф Алмамедовa
Siyəzənnfet NQÇİ nin işçisi Əliyev Zamiq Qüdrət oğlu
Tərəfindən
MÜRACİƏT

Hörmətli Rauf müəllim
Məlumat üçün bildirim ki Ata çay sahəsində iş otağında imzaladığımız İlkin Tibbi Yardım haqqında təlimatda Tibbi yardım qutusunda olması gərəkən 32 ədəd dərman peraparatılarının adları qeyd olunub.Lakin bizim tibbi yardım qutusunda 2 il əvvəl verilən vaxtı bitmiş 3-4 dərman var.Mən bu barədə iki dəfə lazımı şəxslərə şifahi müraciət etmişəm lakin nəticəsi olmayıb.
Qeyd edim ki idarənin istehsalat sahələrində işçilərin ilk tibbi yardım üçün zəruri olan dərmanlar və tibbi ləvazimatlarla təmin olunmaması qanuna ziddir və işçilərin həyatı üçün təhlükə yaradır.
Qeyd olunan hal Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215 və 217-ci maddələrinin, “Əməyin mühafizəsi haqqında” Qanunun 9 və 14-cü maddələrinin kobud şəkildə pozulmasıdır.
Xüsusilə qeyd edirəm ki, ilk tibbi yardım vasitələrinin olmaması istehsalatda baş verə biləcək qəzanın nəticələrinin ağırlaşmasına, əmək qabiliyyətinin itirilməsinə və hətta ölüm hallarına gətirib çıxara bilər ki, bu da artıq vəzifə səhlənkarlığı tərkibi yaradır və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə məsuliyyət doğurur.
Bu hal eyni zamanda İnzibati Xətalar Məcəllsəinin 192 -ci maddəsinə əsasən Əmək qanunvericiliyinin pozulmasıdır və cərimə gərəkdirən nəticə doğura bilər
Bildirirəm ki, əməyin mühafizəsinin təşkili və iş yerlərinin tibbi təminatı üzrə məsuliyyət bilavasitə Siyəzənneft NQÇİ rəhbərliyinin üzərinə düşür və bu sahədə görülməyən tədbirlər hüquqi məsuliyyətdən azad etmir.
Siyəzənneft NQÇİ rəisi əməyin mühafizəsinin təşkilinə,tibbi ləvazimatların təmininə, sahələrdə real nəzarətə birbaşa və şəxsən məsul şəxsdir.
Sizdən xahiş edirəm bizim sahəni lazımı dərman pereparatları ilə təmin edəsiniz.
Hörmətlə
Zamiq Əliyev
06.01.2026
TEREF
Tarix: 6-01-2026, 22:32
Xəbəri paylaş





Xəbər lenti