Bakıdan Tiflisə bayram yürüşü olacaq - “Hamı dəvətli...”
	 “Gənclər Klubu” İctimai Birliyi Cümhuriyyətin 100 illiyini onun elan olunduğu Tiflisdə qeyd edəcək. Lent.az xəbər verir ki, Republika Günü münasibəti ilə Gürcüstanın paytaxtında bayram yürüşü təşkil ediləcək.
 “Gənclər Klubu” İctimai Birliyi Cümhuriyyətin 100 illiyini onun elan olunduğu Tiflisdə qeyd edəcək. Lent.az xəbər verir ki, Republika Günü münasibəti ilə Gürcüstanın paytaxtında bayram yürüşü təşkil ediləcək. İB-dən bildirilib ki, mayın 27-də səhər Bakıdan Tiflisə nümayəndə heyəti yola düşəcək və 29-da geri dönəcək. Bu heyətin tərkibinə fəal gənclər, tələbələr, ziyalılar və mətbuat nümayəndələri daxil olacaq. Mayın 28-də Tiflisin mərkəzindən (“Azadlıq” meydanı) Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu binaya bayram yürüşü olacaq. Tədbirdə iştirak hər kəs üçün açıqdır. 
Ümumilikdə, gediş, dönüş, 2 gün hosteldə qalmaq, 28 May bayram şam yeməyi və AXC-nin 100 illiyinə həsr olunmuş köynək üçün cəmi 90 manat tələb olunur. 
Tədbirdə iştirak etmək istəyənlər üçün müraciətin son tarixi 15 maydır. Əlavə məlumat üçün:
055 848 14 34
051 909 42 13
	
	
	
	
	
 Tarix: 4-05-2018, 13:50   
 	 
            
 
 
	
 
 