Növbəti il üçün dövlət büdcəsinin gəlir və xərcləri - Açıqlandı
Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb.“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703,6 milyon manat məbləğində təsdiqlənib.
2026-cı il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 48 milyard 839 milyon 322,6 min manat müəyyən edilib.
Bundan başqa, 2026-cı ildə dövlət borclanmasının yuxarı həddi də müəyyənləşib.Belə ki, 2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 milyard min manat təsdiq olunub.
İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 3 milyard manat məbləğində müəyyənləşdirilib.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, 2026-cı il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği isə 16 milyard 902 milyon 226,6 min manat məbləğində təsdiqlənib.
Tarix: Bu gün, 11:18