Siyəzənnfet NQÇİ sənaye əhəmiyyəti olmayan iqtisadi baxımdan səmərisiz Zağlı Zeyvə ərazisində boşuna dövlət pullarını niyə xərcləyir?

Siyəzənnfet NQÇİ sənaye əhəmiyyəti olmayan iqtisadi baxımdan səmərisiz Zağlı Zeyvə ərazisində boşuna dövlət pullarını niyə xərcləyir?
Uzun müddətdir Siyəzənnfet NQÇİ -nin Zağlı Zeyvə ərazisində faydasız yataqlarda sənaye əhəmiyyəti olmayan iqtisadi baxımdan səmərisiz qazma işləri aparılması hər işçiyə məlumdur.

Bu hal ciddi maddi ziyan və hüquqi baxımdan ciddi məsuliyyət yaradır düşünürəm ki bizim rəhbərlik də bunun fərqinddədir və bu birbaşa maliyyə itkisidir.Bu cür fəaliyyət perespektivli yataqlara yöəldilməli olan investisiyanın itirlməsidir.Dövlət və ya müəssisə büdcəsinin səmərəsiz xərclənməsidir və gələcəkdə quyuların sonradan ləğvi üçün də əlavə xərclər yaradır və nəticədə istehsalat xərci artır amma hasilat aşağı düşür.Belə halda qazma fondu ölü səmərisiz qyularla dolur və hasilatın planlanması mexanizmi pozulur.

Bu vəziyyət hüquqi baxımdan böyük məsuliyyət doğurur ki bu da birinci növbədə Yerin Təki haqqında qanuna zidd hesab olunur
Həmin qanuna əsasın yerin təki səmərəli və məqsədyönlü istifadə olunmalıdır,Faydasız yataqlarda qazma yer təkinin israfı sayılır.

Bu hal Cinayət Məcəlləsinin 179 -cu maddəsinə əsasən yuxarı instansiyanın etibarından istifadə etməklə müəyyən məsimsəmələrə yol vermək hesab olunur.

Cinayət Məcəlləsinn 255 -ci maddəsinə əsasən yerin təkinin qorunması qaydalarının bilərəkdən pozulmasıdır.Eyni zamanda da büdcə gəlirlərinin səmərisiz istifadə edilməsinə şərait yaradır.

İdarəetmə baxımından məsələyə yanaşıldıqda bu idarəçilik boşluğu, səhvi, məsuliyyətsizliyidir və iqtisadi cinayət riski daşıyır.Müəssisənin maliyyə xərclərinin artmasına və süni zərərin formalaşmasına səbəb olur ki bu da idarənin imicinə ciddi zərbə vurur
Qısaca desək faydasız yataqlarda bilərək ya da səriştəsizlikdən aparılan qazma işləri qanuna ziddir iqtisadi baxımdan zərərlidir dövlət maraqlarına ziddir və hüquqi məsuliyyət yaradır.

Dövlət vəsaitinin boşuna səmərəisiz xərclənməsi əvəzinə idarənin faydalı sahələrində qazma işləri aparılması gərəkir.Siyəzənnfetin Göl sahəsi deyilən ərazi bütün köhnə işçilərin müşahidəsinə görə daha səmərli hesab edilir sabiq rəis Ayaz Bağırovun dövründə həmin sahədə quyular qazılması üçün yerlər təyin edilmişdir.Lakin ya Ayaz Bağırov buna imkan vermədi ya da onu başqa NQÇİ nə təyin etdikləri üçün bu işin üstünə düşən olmadı.Oxuduğum qədər Siyəzənnfet NQÇİ -də yerin təkində 20 -30 milyon ton neft var bu neft gələcək nəsillərin də faydası üçün düzgün istismar edilə bilər və nəticədə rayonun iqtisadi vəziyyəti yaxşılaşmaqla yanaşı dövlət büdcəsinə də öz töhvələrini verə bilər.İdarənin bilərəkdən ya da səriştəsizlikdən məhv edilməsi etibarsızlaşdırlması bir vicdan problemidir bu halın araşıdırlması və tədbirlərin görülməsi lüzumludur.
Zamiq Eliyev
Məqalədə qaldrılan iddialarla bağlı qarşı tərəfində fikirlərini dərc etməyə hazırıq!
TEREF
Tarix: Dünən, 20:37
Xəbəri paylaş





Xəbər lenti