Mətanət İsgəndərlinin keçmiş gəlinindən gözlənilməz ADDIM





Xəbər verdiyimiz kimi əməkdar artist Mətanət İsgəndərli koronavirusa yoluxub. Onun vəziyyətinin ağır olduğur söylənilir. Müğənninin uzun müddətdir ki problem yaşadığı keçmiş gəlini Canana onunla bağlı paylaşım edib. 
"Sherg.az" xəbər verir ki, o M.İsgəndərli ilə fotosunu İnstaqram səhifəsində paylaşaraq bu sözləri yazıb:
"Bu gün hər birinizdən bir ana kimi xahiş edəcəm. Uşaqlarımın nənəsi Mətanət xanım və oğlu Kərim koronavirusa yoluxub. Mətanət xanımı xəstəxanaya yerləşdirirlər. Hər kəsin duasına ehtiyacım var. Bu müqəddəs ayda yalnız yaxşılıqlar etmək lazımdır. Allah hər birimizin günahlarını bağışlasın Mən Canana kiməsə pislik arzulamıram. Allah sağ-salamat evinə dönməsini nəsib etsin".
Xatırladaq ki, M.İsgəndərlinin gəlini Canana həyat yoldaşı ilə bağlı mətbuata açıqlamalar verib. O, Kərimin dəfələrlə övladlarına və ona şiddət göstərdiyini söyləyib. Eyni zamanda  uşaqların içacıdan fotolarını da paylaşıb.
Tarix: 3-05-2021, 10:01




Xəbər lenti