"Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim" - Prezident


"Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim" -     Prezident
İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin sammitində iştirak edib
 
"Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar". 
 
AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində deyib.
 
Dövlət başçısı bildirib: "Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim. Burada çıxışımı yekunlaşdırıram".
Tarix: 19-06-2020, 07:59




Xəbər lenti