Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlili Eldar Səlimovu evində ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim MəmmədovYAP Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdəEvoğlukəndində Birinci Qarabağ müharibəsiəliliSəlimovEldarDadaşoğlunuevindəziyarətedib,onunvə ailəsinin qayğı və problemləri ilə maraqlanıb. Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib. Qeyd edək ki, Eldar Səlimov 1993-cü il may ayının 1-də hərbi xidmətə yollanmış və Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 13-də həmin istiqamətdə düşmənin atdığı mərmi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır. Eldar Səlimova müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş, dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Qazimiz və ailə üzvlərionlara göstərilən diqqət və qayğıya görə Azərbaycan RespublikasınınPrezidenticənabİlhamƏliyevəvəBirincivitse-prezident Mehriban xanım Əliyevaya özminnətdarlıqlarını bildiriblər.