“İST PETROL”-da benzinə su qatıldığı RƏSMƏN TƏSDİQLƏNDİ: “Aradan qaldlırılacaq”

Bu gün sosial şəbəkələrdə “İST PETROL” yanacaqdoldurma məntəqəsində satılan avtomobil yanacağının keyfiyyəti ilə bağlı görüntülər yayılıb. İddia olunub ki, yanacağa benzinlə birlikdə su qatılır. Sözügedən görüntülərə “SOCAR PETROLEUM” QSC-nin mətbuat xidməti münasibət bildirib.
Qeyd olunub ki, bu gün “İST Petrol” MMC rəhbərliyi məsələni nəzarətə götürüb:
“SOCAR PETROLEUM” QSC olaraq bizim üçün ən vacib məsələ müştəri məmnuniyyəti olduğundan yaranmış texniki problemin (çənə su sızması) nəticəsində sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb. Belə ki,11.04.2024-cü il tarixdə “İST Petrol” MMC-yə məxsus Əhmədli filialındakı yanacaqdoldurma məntəqəsindən bir neçə saat ərzinda yanacaq dolduran sürücülərin problemləri qeydə alınmış və onlarıın qısa müddət ərzində aradan qaldırılacağı bildirilib”.
Tarix: 11-04-2024, 19:04