Avropa Birliyinin boykot qərarı Macarıstanda reaksiya ilə qarşılanıb



Avropa Birliyinin boykot qərarı Macarıstanda reaksiya ilə qarşılanıb
Aİ Komissiyasının sədri Ursula von der Leyenin dövr sədrliyini üzərinə götürən Macarıstanın boykot ediləcəyini və Budapeştdə keçiriləcək iclaslara nazirlərin deyil, yalnız bürokratların qatılacağını açıqlaması Macarıstanda sərt reaksiya ilə qarşılanıb.

İndex.az xəbər verir ki, baş nazir Viktor Orbanın baş siyasi müşaviri Balazs Orban, Macarıstanın Aİ tərəfindən susdurula bilməyəcəyini, toplantılara Aİ komissarlarının yerinə adi bürokratların adət edildiyi kimi qatılmasının problem yaratmayacağını və bunun yalnız Avropa Birliyi qurumlarına zərər verəcəyini bildirib.

Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka vurğulayıb ki, Aİ Komissiyası Avropa İttifaqının orqanlarından biridir, ona görə də hansı iclaslarda iştirak edib, hansı iclaslarda iştirak etməyəcəyinə özbaşına qərar verə bilməz.
Tarix: 17-07-2024, 10:26
Xəbəri paylaş





Xəbər lenti