Türk-müsəlman soyqırımlarının məqsədi: Qədim türk ərazilərində yaradılmağa çalışılan “Böyük Ermənistan”


 
Nail Əliyev                               
Şərqşünas, tarix üzrə fəlsəfə doktoru
 
Azərbaycanda türk-müsəlman soyqırımı-deportasiya siyasətinin iki əsrdən də uzaq bir tarixi var- bu hamının qəbul etdiyi bir həqiqətdirlakin bunu ermənilərin və havadarlarının tərsinə yozan və uyduran tərəfdarları da az deyil. Bunu Fransanın keçmiş prezidenti Jak Şirak Ermənistana səfər zamanında bədnam, dövlət başçısına xas olmayan çıxışı, daha sonra Fransa parlamentinin həqiqətdən çox uzaq bədnam qərarı Fransanın erməni oyununu bir daha sübut etdi. Onun sələfi Emmanüuel Makron da bu bədnam siyasətin davamcısı rolunu oynayır.
          
XIX əsrin sonlarında Türkiyənin Van və Ərzurum şəhərlərində Rusiyanın baş konsul işləmiş general R. Mayevski "Ermənilərin törətdikləri kütləvi qırğınlar" adlı məşhur kitabında bəhs etdiyi dəhşətli hadisələri öz gözləri ilə görüb qələmə almışdır. Həmin dövrdə Fransanın İstanbuldakı diplomatik nümayəndəsi Kambo açıq-aşkar göstərirdi ki, onun ölkəsi özünü "yazıq" və "məzlum" kimi göstərən ermənilərin müdafiəsi missiyasını öz üzərinə götürüb: "Qladston kabineti narazı erməniləri bir yerə toplamış, onları qruplara bölmüş, qayda-qanunu öyrətmiş və öz köməyini əsirgəməyəcəyini vəd etmişdi. Həmin vaxtdan təbliğat komitəsi Londonda təsdiq olunmuş və burada müvafiq təlimatlar almışdı. Erməni kütləsinə olduqca sadə iki ideyanı-milli və azadlıq ideyasını yeritmək lazım idi. Onları təbliğ etmək üçün komitələr işə girişmişdi... və beləliklə, bir neçə il ərzində gizli cəmiyyətlər bütün Ermənistanda geniş yayılmışdı: türk idarələrinin nöqsanları və çatışmazlıqları təbliğ olunur, erməni xalqından isə milli istiqlal ideyaları oyadılır".

       

Məqsəd aydındı: ABŞ prezidenti V. Vilson hələ 1918- ci ildə bunu bəyan etmişdi: "Biz Türkiyənin parçalanmasına heç də təəssüflənməməliyik". İngiltərənin baş naziri L. Corc isə açıq-aşkar bəyan edirdi ki, onun ölkəsinin məqsədi ərazidə Ermənistan adda bir ölkə yaratmaq və ondan gələcəkdə istifadə etməkdir.
           
Bütün bunlara nə əlavə etmək olar?
           
Beynəlxalq qüvvələrdən dəstək alan "Qnçak", " Daşnak", "Ermənistan" millətçi-şovinist inqilabi təşkilatları dəridən-qabıqdan çıxaraq ərazi və ideya iddialarını həyata keçirir, qanlar tökür, bir sözlə, düşünülmüş soyqırım siyasətini həyata keçirilməsini davam etdirirdilər.
            
Adi bir həqiqətdir ki, şıltaqlıq, abırsızlıq sərhəd tanımır. Bəla burasındadır ki, bunların başında dövlətdən xeyir-dua alan erməni kilsəsi və alimləri dayanırdı. Onların daş atmadıqları ərazi yox idi, elə düşünürdülər ki, sanki hər şey onlarındı, bir çox etnoslar isə onlardan törəmədirlər: "Kilikiya da, Şimsli Suriya və Türkiyə də onların çarlıqları olub", "Çərkəzlər ermənilərdən törəmədilər", "Biz Bizansın varisləriyik", "Rostov və Armavir torpaqlarının həqiqi sahibləri ermənilərdir", "Gürcüstan əslində Gürcüstan deyil, qədim Ermənistandır",- bu sərsəm fikirlərin sayı-hesabı yoxdur.
             
İngilis jurnalisti Skotlend Liddel həqiqətpərvərliyi ilə Böyük Britaniyanın Baş naziri Lioyd Corca da müsbət təsir göstərmişdir. Erməni lobbisinin Qərbdə Azərbaycanla bağlı formalaşdırdığı fikirlərlə razılaşmayan jurnalist yazır: "... Öz coğrafi vəziyyətinə görə Qarabağ həqiqətən Azərbaycana məxsus olmalıdır ... Nə Rusiyada, nə Qafqazda elə bir adam tapa bilməzsən ki, ermənilər haqqında hansısa yaxşı bir söz desin ... Fakt göz qabağındadır- ermənilər nifrət oyadan irqdir. Bununla belə, onların xaricdə təbliğatı elədir ki, Avropa, eləcə də bütün dünya onların tərəfindədir".


               
"Biz baqratidlərin varisləriyik" (bu da artıq arxaikləşmiş erməni şousudur-N.Ə.) deyən erməni alimlərinin əsas siyasi məqsədi Gürcüstanın Cavaxetiya bölgəsində kompakt şəkildə yaşayan erməniləri qaldırmaq, orada Rusiya ücün sərfəli olan caxnaşmalar, qonşu müstəqil dövlətdə yeni Qarabağ problemi yaratmaqdır. Marazm xəstəliyinə tutulan erməni alimləri utanıb-çəkinmədən hər hansı məmləkətin torpaqlarını özlərınki sayır, sərsəm fikirlərini reallaşdırmaq ücün hər bir hiyləyə, fırıldağa əl atırlar. Bu tipli alimlər eləcə də siyasi  rəsmilər unudurlər ki, ermənilərin Gürcüstanın Cavaxetiya bölgəsində məskunlaşdırılması 1829- cu ildə baş tutmuş və bu əməliyyatı ruslar həyata keçirmişlər.
               
Gürcü ədibi İlya Çavçavadze "Erməni alimləri və danışan daşlar" adlı məqaləsində yazır: " Məgər ermənilərin bütün dünyaya səpələnməsi bizim ürəyimizcədir? Allah-taala onlara güc və bacarıq versin ki, tərk edib getdikləri yerdə birləşsinlər. Amma qoy özgə varına göz dikməsinlər, bizi öz varlığımızdan məhrum etməyə can atmasınlar, bizim adımızı alçatmaqla ad çıxarmasınlar. Bizim torpağımız çox da olsa, az da olsa, hər halda sizə sığınacaq verdik, qanadımız altına aldıq, sizinlə qardaşlaşdıq. Öz evimizdə bizimlə düşmən kimi rəftar etməyin..."
              
Gürcüstan MEA-nın prezidenti M. Ramişvilinin iştirakı ilə keçirilən konfrans erməni iddialarını qətiyyətlə rəsmi qaydada rədd etdi. Gürcü tarixçilərinin gəldiyi qəti elmi qənaət budur ki, ermənilər bu bölgəyə gəlmədirlər. Tarix elmləri doktoru Severian Mosidzenin məruzəsindən fraqmentlər: "... ermənilər Gürcüstana mərhələlərlə gəliblər... XIX əsrin əvvəllərində rus-türk müharibəsi başa çatdıqdan sonra ermənilər Gürcüstanın   Cavaxetiya və Mesxeti bölgələrində məskunlaşdılar. Gürcü xalqı onlara sığınacaq verdi, ermənilər isə, başabəla erməni alimləri Cavaxetinin Gürcüstan ərazisi olduğu fikrini inkar etməyə çalışırlar".
              
Tarixçi Q. Qaloyan "Rusiya və Zaqafqaziya xalqları" kitabında erməniləri tumarlayan imperatriça II Yekaterinadan ağızdolusu danışır, etiraf edir ki, rus imperiyasının başçısı Rusiyada ermənilərin məskunlaşdırılması ücün hərtərəfli şərait yaradırdı. Bundan yararlanan ermənilər 1765-ci ildə Həştərxanda, daha sonra Rusiyanın digər bölgəsində erməni icmaları qurur və öz xüsusi qanunları ilə məhkəmə işlərini aparmaq hüquqi qazanırlar.


              
Tarixçi babam Əli Əliyevin 1949-cu il iyunun 21-də ADU-nun müdafiə şurasında akademik H. Hüseynovu xoşlamayanların "Azərbaycanda rus kəndlərinin yaranması hansı məqsədi güdürdü" sualına verdiyi cavab bu gündə aktuallığını itirməyib. Sual verənin fikrinə görə, Azərbaycan xəritəsində peyda olmuş rus kəndlərinin yaranması cənub sərhədlərini qorumaq məqsədi güdürdü, buna görə də hesab edirdi ki, bu problemə babam Əli Əliyevin münasibəti dissertasiyanın kəsir cəhətlərindəndir. Əli Əliyev isə hələ 72 il bundan əvvəl cəsarətlə (onun arxasında akad. A.M. Pankratova, akad. H. Hüseynov, akad. İ. Hüseynov, prof. Mehbalı Qasımov, Məmməd Səlimov, Ələsgər Qasımov, Mübariz Əlizadə kimi etibarlı alimlər durmasaydılar, nəticə hansı sonluqla başa çatacaqdı, necə olacaq idi - təsəvvür etmək o qədər də çətin deyildi-N. Ə.) cavab verir ki, "Azərbaycan xəritəsində peyda olmuş rus kəndlərinin salınması sadəcə müstəmləkəçilik siyasətinin davamı kimi qəbul edilməlidir".  Təbii ki, bu cavab onu, eləcə də Mosesovu, Qriqoryanı qane etmir. Hər üçü gizli səsvermədə əleyhinə səs verirlər.
                
Erməni alimlərini başa düşmək o qədər də çətin deyil, sadəcə onlar öz sələflərinin əməllərini Azərbaycanda yeni tarixi şəraitdə davam etdirirdilər.
                 
Yelizavetpol qubernatoru A. Kaçalovun 1907-ci ildə Qafqaz canişini Vorontsov-Daşkova yazdığı raport: "Millətçilik, öz dininə, dilinə sədaqət, acgözlük, ehtiyatlılıq, hər şeyə qadir pula inam, var-dövlət hərisliyini kapitala sitayiş səviyyəsinə qaldırmaq-bax budur ermənilərin başlıca xüsusiyyətləri" ( RFDA, f. 841, siy.7, iş 200, v.238).
                  
Siyasi cəhətdən XIX əsrin əvvələrində işğal edilən Azərbaycan artıq XX əsrin əvvəllərində iqtisadi cəhətdən də işğal edildi.
                  
Məlik Eynatyan, Qarapet Adamoviç, Muqdusi, Sehak Yeğizarov, onlarla, yüzlərlə erməni sahibkarları yaranmış tarixi şəraitdən yararlanaraq qısa müddətdə ağlasığmaz torpaq sahiblərinə çevrildilər. Azərbaycanda münbit torpaqlarda məskunlaşan rus kəndlilərinə xüsusi vərəqələr verilməyə başladı. Cavad qəzası üzrə 17155, Quba üzrə 5578, Lənkaran qəzası üzrə 16068 desyatin torpaq rus kəndlilərinin sərəncamına verildi. Muğan səhrasında rus köçgünlərinin ehtiyacı ücün 500 min desyatin torpaq ayrıldl. 


                 
... XX yüzilliyin sonunda Bakı neft sənayəsində 500 milyon puda yaxın neft çıxarıldı və ABŞ-ın neft hasılatı səviyyəsini ötdü. Xüsusi əmrə ( 1890-cı il fevralın 9-u) Abşeron yarımadasının dövlət kəndlilərindən torpaq alınıb neft sahibkarlarına ( o cümlədən erməni N.Ə.) verildi. Balaxanı kəndindən 494 nəfər, Sabunçudan 154 ailə, Ramanıdan 164 ailə, Şıxovdan 35 ailə, Zabratdan 107 ailə, Binəqədidən 179 ailə,Xırdalandan 143 ailə, Biləcəridən 179 ailə, Lağıcdan 155,- bir sözlə 1916 ailə üzvü torpaqsız kəndliyə, faktiki olaraq torpaqsız fəhləyə çevrildilər.
                  
Rus-yapon müharibəsindəki rusvayçi məğlubiyyət,1905- ci il inqilabı cəmiyyətin bütün təbəqələrini hərəkətə gətirdi. Gəncə milli-azadlıq hərəkətinin mərkəzinə çevrildi.
                  
... 1906- cı ilin qışında, baharında və yayında Şuşada, Qarabağda, Naxçıvanda və İrəvanda daşnakların ciddi təhriki ilə erməni-Azərbaycan qırğını baş verdi. General Qoloşapovun " sülhməramlı " niyyətilə Şuşaya gəlməsi qırğına daha geniş miqyas qazandırdı.
                  
... I Dünya müharibəsi dünya xəritəsinə bir sıra yeniliklər gətirdi. Osmanlı I Dünya Müharibəsinə mərkəzi dövlətlərin müttəfiqi kimi daxil oldu. 1914-cü ilin oktyabrın 29-da Rusiyaya müharibə elan etməklə Türkiyə cahan müharibəsinə girdi.
                   
Osmanlının Qafqaz cəbhəsindəki vəziyyəti ağır idi. Bu cəbhədə rus ordusu tərkibində xüsusi təlim görmüş erməni hərbi hissələri də döyüşürdü. Rus ordusunda mühüm vəzifələr tutan erməni əsilli generallar, siyasi emisarlar "erməni məsələsi" nin müsbət həll yolunda bu qarmaqarışıqlıqda belə, hərtərəfli vədlər alırdılar.


                  
Antanta dövlətləri Rusiyanın Qafqaz müstəmləkəçilik siyasətini də nəzərlərindən qaçırmırdılar. Hər vuruşan ölkənin dünya xəritəsini öz xeyrinə dəyişdirmək planı var idi. Ermənilər isə Dördlər qruplaşmasının hər birindən yararlanmağa çalışırdı. Hələ 1914- cü illin avqustunda Ərzurum görüşündə daşnaklara muxtariyyət vəd edilmişdi. Qafqaz canişini Voronsov-Daşkovun şəxsi tapşırığı və məsləhəti ilə daşnak liderləri bütün dünyada Türkiyəni təcavüzkar dövlət kimi tanıtdırmaq təbliğatını genişləndirməyə başladı. Məhz buna görə də ermənilər 1914-cü ildə nəzərdə tutulan üsyanı təxirə salırlar və bunu çar Rusiyasından xəbərsiz 1915- ci ildə həyata keçirirlər.
                   
1915-ci il fevralın 15-19-da Tiflisdə "Daşnaksütyun" partiyasının IX qurultayında Ərzurum qırğınlarından gəlmiş Andranik xüsusi məruzəsində bütün erməni silahlı dəstələrin vahid mərkəzdə birləşməsi təklifi irəli sürür. Ordunun saxlanması ücün bütün dünya ermənilərdən toplanan ianə məbləği artırılır. Rusiya 1915- ci il yanvarın 15-də Sarıqamışda türklər üzərində üstünlük əldə etsələr də ermənilərə verdiyi vədi yerinə yetirmədiyi ücün qurultayda məzəmmətləndirilir və acıqcasına ultimatum verilir ki, əgər onları maraqlandıran məsələdə müsbətə doğru dönüş yaradılmasa ermənilərin hərbi hərəkətləri ruslara qarşı da çevrilə bilər. Ermənilərin Türkiyə ərazisində qaldırdıqları üsyan rus komandanlığı tərəfindən tənqid edilir, məsləhət bilinir ki, belə tədbirlərin həyata keçirilməsi-usyan, qiyam günlərinin müəyyənləşdirilməsi rus generaliteti ilə razılaşdırılmalıdır.
                     
1915- ci illin mart-aprel ayında rus qoşunlarının hücumu başlanandan sonra ermənilər Van vilayətində üsyan qaldıraraq yerli əhalini gülləbaran edirlər. Buna cavab olaraq Osmanlı höküməti cəbhəətrafı vilayətlərdən ermənilərin Suriyaya deportasiya edilməsi barədə qərar çıxarır və bu dərhal həyata keçirilir.


                   
Lakin 1915- ci il daşnaklar ücün ibrət dərsi olmadı. Həmin ilin yanvarında partiyanın Tiflis bürosu daha aqresiv şıxış edərək qərara alırlar ki, onlar Zaqafqaziyanın bütün sosialist partiyaları ilə birlikdə inqilabı hərəkəta qoşulacaqlar. Bunun ardınca Bakıda dünya ermənilərinə müraciət qəbul edilir, onların milli müharibəyə qoşulması arzu edilir: "Türkiyə xarabazarlığa çevrilməyincə müharibə, arası kəsilməyən davamlı müharibə davam edəcəkdir. Yalnız o zaman biz dinc əmək, əqli dirçəliş yoluna qayıdacağıq" ( Keçmiş Sov. İKP MK yanında marksizm-leninizm institutunun Azərbaycan filialının arxivi, f.296, siy. 8, iş 536, vər. 8-9, 29).
                   
1916- cı ildə rus ordusunun hücumları nəticəsində Ərzurum, Trabzon, Ərzincan, Qars şəhərləri işğal edilir. İşğalçı ordu ilə türk torpağına daxil olan erməni silahlıları ərazilərdə qırğın, qisasçı xarakterli qanlı tədbirlər həyata keçirməklə məşğul olurlar. Qırğınların təhlükəli mahiyyət daşıdığı anlarda başda Ə.M.Topçubaşov olmaqla Azərbaycan nümayəndə heyəti hadisə yerinə gəlir, Qafqaz cəbhəsi komandanının müavini A.Mişayevskiyə Azərbaycan əhalisini ermənilərdən qorumaq tələbini çatdırır və erməni daşnaklarının qanlı əməllərini tənqid edir.
                  
Ermənilərin niyyətləri Türkiyədə puça çıxdığından və 1917- ci ildə Rusiyada fevral inqilabı baş verməsindən sonra daşnaklar diqqətlərini Cənubi Qafqaza yönəldirlər.
                  
1917- cı ilin oktyabrında Tiflis şəhərində " Daşnaksütun " partiyasının təşəbbüsü ilə keçirilən erməni milli qurultayında "Rus Ermənistanının" bütün Qafqazla birgə Rusiya Federativ Respublikasının tərkibinə daxil olmasını məqsədəuyğun bilinir və bu istiqamətdə mübarizə aparmaq qarşıya məqsəd qoyulur. Bakı, Gəncə, Tiflis və İrəvan quberniyalarında bir sıra soyqırım əməliyyatları həyata keçirilir. 


                  
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütündan olan erməni silahlı dəstələrin azərbaycanlılara qarşı törədikləri soyrırım nəticəsində 30 minə yaxın türk-müsəlman qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
                 
1918-ci ilin yanvar ayında Müsəlman korpusunun komandiri general Əsəd bəy Talışinskinin Bakıda həbsi şəhərin türk-müsəlman əhalisi arasında qəzəb doğurmuşdu. Növbəti təxribat "Evelin" gəmisi ilə Lənkərana getməyə hazırlaşan əsgərlərin tərk-silah edilməsi hadisəsi oldu. Bakı Soveti ordusunun yalnız adı sovetlərin siyahısındayıdır, əslində həmin ordu Erməni Milli Şurasına tabe idi. Bakı şəhərində müsəlman əhalisinə qarşı ermənilərin törədikləri qanlı cinayətlərini açıb göstərən sənədlərdə qeyd olunur ki, yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərləri çoxlu miqdarda pulemyotların mühafizəsi ilə hucum edirdilər. Ermənilər müsəlmanlərın evlərinə soxulur, sakinləri qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngürlərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, baş götürüb qaçan valideynlərin atıb getdikləri südəmər körpələrin hanısını öldürüb, valideynlərin özlərini isə yaxaladıqları yerdə asıb kəsirdilər. Müsəlmanları qırıb-çatmaqla yanaşı,ermənilər onlərın əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Fövqəladə İstintaq Komissiyasının sənədlərində, 1918-ci ilin martında, yalnız Bakıda daşnakların bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 15 mindən çox günahsız müsəlmanı qətlə yetirdikləri göstərilmişdi.
                    
Ermənilərin dinc müsəlmanları qətlə yetirilməsi, yalnız 36-cı Türküstan polkunun tələbindən və dənizçilərin hədələrindən sonra dayandırılmışdı.


                    
Təxmini hesablamalara görə, Mart soyqırımı zamanı Bakıda 15-20 min, Şamaxıda-7000, Qubada isə 6000 nəfər öldürülmüşdür.
                     
...1917-1920-ci illərdə törədilən türk-müsəlman soyqırımlarında ermənilər, əsasən, bu kimi məqsədlərə çatmağa çalışmışlar:
                      
a) Azərbaycanda milli dövlətçiliyin bərpasının və ölkəmizin inkişafının, beynəlxalq birliyinə qatılmasının əngəllənməsi. M.Ə. Rəsulzadə Almaniyanın Münhen şəhərində nəşr etdirdiyi "İstiqlal " qəzetinin 1931-ci il 1 dekabr tarixli 31-ci sayında gedən məqaləsində yazırdı ki, “əlində Lenin və Stalinin 13 nömrəli dekretini tutan S.Şaumyan həmin sənədə əsasən " Böyük Haystan müqabil Azərbaycanı "Sovetizə" edərək burada Moskva hakimiyyətini quracaqdı".
                      
b) Əzəli torpaqlarımıza qarşı irəli sürdükləri "tarixi və etnoqrafik hüquqları"nın "gerçəkliyinə" Antanta "müttəfiqləri"nin və Paris Sülh konfransının inandırılması və s.
                      
XIX əsrdə Rusiya və İngiltərə ilə birlikdə "erməni məsələsi"ni ortaya çıxaran Qriqoryan kilsəsi eyni zamanda türk-müsəlman soyqırımların başlıca ideoloqu və təşkilatçılarından olmuşdur. "Kilsə - erməni xalqına vətən yaradacaq qüvvədir" - Qriqoryan kilsəsinin bu devizi ötən beynəlxalq qüvvələrin himayəsi ilə yürüdülən erməni şovinizminin qısa aralıqlarla 200 ildən çox davam edən tarixi cinayətlərinin əsas ideoloji zəminini təşkil edirdi. Bu ideologiyanın hədəfləri isə tamamilə türklərin Cənubi Qafqazda yox edilməsinə hesablanmışdı: ermənilərə " vətən" qədim türk ərazilərində yaradılmalıdır və buna görə də öncəliklə həmin torpaqlarda tarixən məskunlaşan aboriqen əhali soyqırımına məruz qalmalı və qovulmalıdır.
                        
1917-1920- ci illədə törədilən erməni vəhşilikləri və zorakılıqlarının təşkili işinə bir sıra " tanınmış"lar rəhbərlik etmişlər. Bakı-Şamaxı-Quba bölgələrində S. Şaumyan, Q. Korqanov, Hamazasp, S. Lalayev, Naxçıvan, Zəngəzur və Ordubad mahallarında Andranik, Nijde və İrəvan mahalı ilə çevrəsində ( Vedibasar, Dərələyəz ərazilərində) Dro kimi quldur-cəlladlar yerli əhalinin qırılması və qovulmasının əsas təşkilatçıları olmuşlar.



Tarix: 31-03-2021, 08:43




Xəbər lenti