Amerika bankı Rusiyaya qarşı sanksiyaları pozduğuna cərimə ödəyəcək


Amerikanın “State Street” bankı 2016-2020-ci illərdə Rusiyaya qarşı sanksiyaları pozduğuna görə 7,5 milyon dollar ödəyəcək.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bank xarici aktivlərə nəzarət xəzinədarlığı idarəsinin sanksiyalarının 38 aşkar pozuntusuna görə mümkün mülki məsuliyyətin məhkəməyə qədər həllinə razılıq verib.
Qeyd olunur ki, söhbət anti-Rusiya sanksiyalarına məruz qalan müştərilər üçün hesab-fakturaların redaktə edilməsi və ya yenidən verilməsindən gedir. Kompensasiyanın məbləği bankın pozuntularla bağlı məlumatı könüllü şəkildə açıqlamaması ilə izah olunur.
Tarix: 28-07-2024, 11:05
Xəbəri paylaş





Xəbər lenti