Azərbaycanda bu qədər qanunsuz silah-sursat haradandır? – AÇIQLAMA

Azərbaycanda bu qədər qanunsuz silah-sursat haradandır? - <span style=color:red>AÇIQLAMA
“Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatlarda tez-tez bu ifadəyə rast gəlmək olur. Nazirlik əməkdaşları vaxtaşırı istər paytaxtda, istərsə də bölgələrdə ən müxtəlif odlu silah-sursatlar (avtomat, tapança, qumbaraatan, qumbara, pulemyot, tüfəng, patron daraqları, patronlar…) aşkar edərək götürürlər.
Azərbaycanda bu qədər qanunsuz silah-sursat haradandır? - <span style=color:red>AÇIQLAMA
Təkcə elə 2025-ci ilin fevral ayının ikinci yarısında yayılan məlumatlardan çıxarışlara diqqət edək:
– Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində Sumqayıt şəhərində yerləşən dənizkənarı ərazidə 1 avtomat silahı və 4 ədəd patron tapılaraq götürülüb.
– polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 17 qumbara, 16 tüfəng, 15 patron darağı və 556 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
– Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 1 tapança, 1 patron darağı, 3 qumbara, 1 alışdırıcı və 1 süngü bıçaq tapılaraq götürülüb.
– Fevralın 15-də və 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6 qumbara, 1 alışdırıcı, 27 tüfəng, 2 patron darağı və 48 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
– Fevralın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 2 qumbara, 45 partlayıcı, 19 tüfəng, 11 patron darağı və 436 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
– Fevralın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 2 tapança, 14 qumbara, 15 tüfəng, 12 patron darağı və 3285 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
– Fevralın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 5 tapança, 4 qumbara, 12 tüfəng, 7 patron darağı və 1565 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
– Fevralın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 3 qumbara, 15 tüfəng, 4 patron darağı və 72 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
– Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən evlərin birindən 1 qumbara, 1 avtomat silahı, 1 patron darağı və 12 ədəd patron tapılaraq götürülüb.
– Fevralın 22-də və 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 1 qumbara, 28 tüfəng, 1 patron darağı və 118 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
– Fevralın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 pulemyot, 3 tapança, 14 tüfəng, 7 patron darağı və 407 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
– Fevralın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 18 tüfəng, 60 patron darağı və 2012 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
– Fevralın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 1 qumbaraatan, 7 tüfəng, 9 patron darağı və 213 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər…
Azərbaycanda bu qədər qanunsuz silah-sursat haradandır? - <span style=color:red>AÇIQLAMA
Sual olunur: ölkədə bu qədər qanunsuz silah-sursat haradandır?
Mövzu ilə bağlı Medianews.az-a danışan “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib ki, Daxili İşlər Nazirliyi vaxtaşırı əhaliyə müraciət edərək qanunsuz saxlanılan odlu silah-sursatın ərazi üzrə polis orqanlarına təhvil verilməsini tələb edir: “Çünki qanunsuz silah könüllü təhvil verilməzsə, bu zaman ciddi hüquqi məsuliyyət, cinayət məsuliyyəti yaranır. Bu səbəbdən də Daxili İşlər Nazirliyinin rəhbərliyi zaman-zaman əhaliyə müraciət edib qanunsuz silah-sursatın könüllü təhvil verilməsinə çağırış edir. Sanki amnistiya elan edir ki, kimdə qanunsuz odlu silah varsa çəkinməsin, gətirib polisə təhvil versin. Bu çağırışa əhali tərəfindən müsbət münasibət bildirilir”.
Ş.Əliyev xatırladıb ki, yanvarın 24-də Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası olub: “Orada nazir general-polkovnik Vilayət Eyvazov bəzi məsələlərə aydınlıq gətirdi və kollegiyanın sədri olaraq bütün idarələrə tapşırıqlar verdi. 2024-cü ildə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 527 fakt müəyyən edilib. Həmin cinayətlərə görə 247 nəfər tutulub. Yəni kim saxladığı qanunsuz silah-sursatı ərazi üzrə polis orqanlarına təhvil verməyibsə, daha sonradan polis orqanlarına daxil olan məlumat əsasında evində, avtomobilində, yaxud digər saxlanc yerlərində qanunsuz silah-sursat aşkar edilibsə, cinayət məsuliyyətinə cəlb olunur. Ötən il ümumilikdə 7227 odlu silah və 1 milyona yaxın sursat aşkarlanıb”.
Azərbaycanda bu qədər qanunsuz silah-sursat haradandır? - <span style=color:red>AÇIQLAMA
Ş.Əliyev qeyd edib ki, bu, cinayətlərin qarşısını almaq üçün öncədən həyata keçirilən təxirəsalınmaz tədbirlər kimi qəbul olunmalıdır: “2020-ci ilin Zəfər günündən bəri, yəni dörd ildən çoxdur ki, DİN tərəfindən əhaliyə çağırışlar edilir, qanunsuz silahlar bəzən təhvil alınır, bəzən aşkar olunaraq götürülür. Söhbət baş verə biləcək cinayətlərin, xüsusilə ağır cinayətlərin qarşısının alınmasından gedir. Qanunsuz silah cəbhədən tərxis olunan, döyüş bölgəsindən qayıdan şəxslərdə də qala bilər, kimsə onu təsadüfən tapa da bilər. Bəziləri məsuliyyəti anlamayıb evdə saxlaya bilərlər. Hərbi hissələrdə diqqətsizlik səbəbindən itirilən silahlar ola bilər ki, ayrı-ayrı vətəndaşlar tərəfindən tapılması mümkündür. Vətəndaşlarımızın düşmən işğalından azad edilmiş ərazilərdə odlu silah tapması, həmin silahı özündə saxlaması, yaxud kiməsə bağışlaması, satması da mümkündür. Hər halda bu silahlar mağazada satışa çıxarılmayıb ki… Kimsə deyə bilməz ki, haradasa pulemyot, avtomat satılır. Azərbaycanda bu tip silahların alqı-satqısı, realizə olunması yasaqdır”.
Ş.Əliyevin sözlərinə görə, Daxili İşlər Nazirliyinin mövqeyi qətidir: “Qanunsuz silah-sursat yığışdırılmalıdır. Çünki söhbət ictimai təhlükəsizliyin və davamlı, dayanıqlı olan sabitliyin təmin olunmasından gedir”.
Tarix: Bu gün, 17:07
Xəbəri paylaş





Xəbər lenti