Ermənistan “Zvartnots”a əlavə qüvvələr cəlb edir


Rusiya sərhədçilərinin çıxarılması və Ermənistan sərhədçilərinin burada yerləşdirilməsi ilə əlaqədar Ermənistan Milli Təhlükəsizlik Xidməti “Zvartnots” hava limanına əlavə qüvvələr cəlb edir.
Yeniavaz.com 
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiya sərhədçilərinin çıxarılması ilə əlaqədar “Zvartnots” keçid məntəqəsində sərhəd nəzarətinin lazımi qaydada həyata keçirilməsi üçün əlavə qüvvələr cəlb etmək istiqamətində lazımi tədbirlər görür”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Rusiya hərbçilərinin və sərhədçilərinin İrəvandakı “Zvartnots” hava limanından çıxarılması iki ölkə liderləri Vladimir Putin və Nikol Paşinyanın mayın 8-də Moskvada keçirilən görüşündə razılaşdırılıb. Bu razılaşmaya əsasən rus sərhədçilərinin avqustun 1-dək “Zvartnots” hava limanını tərk etmələri nəzərdə tutulub. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın jurnalistlərə verdiyi məlumata görə, hakimiyyətin mövqeyi ondan ibarətdir ki, hava limanında Ermənistan sərhəd qoşunları xidmət etməlidir və Ermənistanın bunun üçün hər cür imkanı var.
Tarix: 30-07-2024, 22:27
Xəbəri paylaş





Xəbər lenti