İsrailin raket zərbələri nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahın "sağ əli" öldürüldü


İsrailin Beyrutda bəzi bölgələri bombardman etməsi nəticəsində “Hizbullah” hərəkatının komandirlərindən biri; Fuad Şükr həlak olub.
 
Bu barədə “Əl-Hədət” telekanalı Livanın hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
 
Lakin bəzi mənbələr Şükrün ölmədiyini, onun ölümü ilə bağlı məlumatların dezinformasiya olduğunu iddia edib.
 
CNN telekanalı da Livan hökumətindən bir mənbəyə istinadən “Hizbullah” komandirinin İsrail ordusunun aviazərbələrindən sağ çıxması ilə bağlı xəbər yayıb.
 
Qeyd edək ki, İsrail ordusu Colan təpələrindəki Məcdəl Şəms şəhərinə hücuma görə məsuliyyət daşımaqda ittihame etdiyi Şükrü öldürmək məqsədilə paytaxt Beyrutun ətraf bölgələrinə zərbələr endirib.
 
Şükr “Hizbullah” lideri Həsən Nəsrullahın hərbi müşaviridir. Onun "sağ əli" sayılır.
 
APA
Tarix: 31-07-2024, 09:36
Xəbəri paylaş





Xəbər lenti