"BU GÜN DÜNYADA “MEŞƏ QANUNLARI” HÖKM SÜRÜR" - "Hərbi və siyasi partlayışlar ola bilər" + VİDEO


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Konqres Mərkəzində səfirlərlə təşkil olunan iftar proqramında mühüm açıqlamalar verib. İsrail rəsmilərinin Məscidül-Əqsanı hədəf alan təxribatlarına reaksiya verən prezident Ərdoğan, "Məscidül-Əqsa bizim qırmızı xəttimizdir. İsrail rəsmiləri odla oynayır" deyib.

"Türkiyə kiminsə Suriyadakı sabitsizlikdən sui-istifadə etməsinə icazə verməyəcək. Türkiyə qurulan ssenarilən fərqindədir. Kimin nə etmək istədiyini bilirik. Qurulmaq istəyən qanlı oyunlara imkan verməyəcəyik” - deyə, Ərdoğan bildirib.

Türkiyənin gələcəyində terrora yer olmadığını deyən prezident Ərdoğan, "Çirkli və qanlı planları

Ölkə lideri qeyd edib ki, Türkiyənin Avropa İttifaqına üzvlük prosesi strateji prioritetdir: “Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil. Türkiyənin layiq olmadığı Avropanın qlobal aktor olaraq mövcudluğunu davam etdirməsi getdikcə mümkünsüz hala çevrilir”.

Onun sözlərinə görə, bu gün dünyada “meşə qanunları” hökm sürür: “Təəssüf ki, güclü olanların zəifləri əzməsi nəticəsində yeni problemlər meydana çıxır. Bunun qarşısı alınmasa, hərbi və siyasi partlayışlar ola bilər. Problemlərin həllini zamana buraxaraq, gözlərimizi yumaraq, gələn təhlükələrə laqeyd yanaşaraq heç bir yerə çıxa bilmərik”.



Azpolitika.info
Tarix: Bu gün, 12:45
Xəbəri paylaş





Xəbər lenti