Rusiyada FHN-ə məxsus helikopterin qalıqları tapıldı

Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri Kareliyada Oneqa gölü üzərində itib.
Bu barədə Rusiya FHN məlumat yayıb.
“Oneqa gölünün suları üzərində təlim uçuşu zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin Mi-8 helikopteri Prionejskinin Derevyannoye kəndi ərazisində təqribən əlaqəni dayandırıb” – deyə nazirlikdən bildirilib.
Oneqa gölündə Mi-8 helikopterinin qalıqları tapılıb.
APA
Tarix: 5-02-2024, 14:49