Bakıda qazanxada partlayış olub - Xəsarət alan var - FOTOlar
Bakının Yasamal rayonunda yaşayış binasının qazanxasında partlayış baş verib.
hadisə İnşaatçılar prospektində qeydə alınıb.
Partlayışın dalğasından ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib, 1 nəfər isə xəsarət alıb.
Hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.
Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Tarix: 6-02-2024, 10:20