Azərbaycanda kolbasa və sosiskaların tərkibi dəyişəcək

Azərbaycanda kolbasa və sosiskaların tərkibi dəyişəcək Ət məhsulları ilə bağlı standartlara dəyişiklik edilir. Milli standartlar beynəlxalq satandartlara uyğunlaşdırılır.

Bunun üçün ət məhsulları istehsalçılarının xahişi ilə Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən işçi qrupu yaradılıb və milli standartlarda olan boşluqlar araşdırılıb.

Komitənin sözçüsü Fazil Talıblı bildirib ki, kolbasa və sosiskaların tərkibinə əlavələrin edilməsi onun saxlama müddətinin artmasınada səbəb olacaq.

Azərabaycanda istehsal edilən kolbasa və sosiskaların ixrac edilə biləcəyi ölkələr də məlumdur.

Standartlara edilən dəyişikliyin iyunun 15-nə kimi qəbul və tətbiq ediləcəyi gözlənilir. (“Xəzər TV”)
Tarix: 31-05-2017, 23:14
Xəbəri paylaş





Xəbər lenti