Deputatlığa namizəd Xaliq Hüseynov PREZİDENT və ÜMUMMİLLİ sözlərində….-Fotofakt





Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı açıqlanıb.Siyahıda bir sıra yeni ismlər də var.
 XALQ.AZ  həmin şəxslərin kimliyi ilə bağlı araşdırmalar aparır.
Araşdırmalarımız görə 22 saylı  Nəsimi-Yasamal  Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa  namizədi Hüseynov Xaliq İsa oğludur.
Xaliq Hüseynov namizəd olması ilə bağlı şəxsi sosial hesabında paylaşım edib. Qeyd zamanı bir sıra orfoqrafik səhvlər edərək qaydalara əməl etmədən sosial şəbəkə istifadəçilərinin müzakirəsinə səbəb olub. Sosial şəbəkə istifadəçilər onun bu yazısına müxtəlif şərhlər yazaraq “necə deputat olacağını bilinir” şərhini yazıblar.
Xaliq Hüseynov ixtisasca həkimdir, “Dental Estetik Center” klinikasının təsisçisidir. 2020-ci ildə 18 saylı Nərimanov-Nizami SD-dən deputatlığa namizəd olmuşdur.
XALQ.AZ Xaliq Hüseynovun paylaşımını təqdim edir.

 
 
Tarix: 20-07-2024, 23:27
Xəbəri paylaş





Xəbər lenti