Deputat 4 min dollarlıq eynək taxır? - FOTO

Bir müddət öncə Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə bağlı təqdim etdiyi siyahıya adı düşməyən Milli Məclisin V və VI çağırış üzrə deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə biznes siyahısı və rəhbərlik elədiyi sahə ilə bağlı iddialar haqda mediada xəbərlər yayılıb.İddia olunub ki, onun YAP-ın builki seçkilərdə adının siyahıya salınmamasına da eləı bu məsələlər təsir edib.
Bunların həqiqət olub-olmamasını bilmirik. Çünki sabiq deputat bu məlumatı cavasız qoyub.
Lakin diqqət çəkən məqam isə bu dəfə onun bahalı eynəyidir.
M.Abbaszadə bir müddət öncə Laçında baş tutan mini-futbol turnirini izləyib.
32gun.az-a daxil olan məlumata görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru matçı izlərkən taxdığı günəş eynəyi "RayBan" markasının "Aviator solid Gold" modelidir. Həmin modelin qiyməti isə 4245 dollardır.
Tarix: 24-07-2024, 13:59