“Avropa ölkələri Ukraynaya 30 min hərbçi göndərməyi düşünür” – “Washington Post”


“Avropa ölkələri Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh sazişi çərçivəsində Ukraynaya 25-30 min əsgər göndərməyi düşünür”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Avropa ordusunun təmas xəttində olacağı gözlənilmir, lakin Rusiya qoşunlarının “müharibəni təzələməyə” cəhd etdiyi təqdirdə “güc nümayiş etdirməyə” hazır olacaq. 
Ən konkret rəqəmləri Fransa verib, 10 minə yaxın əsgər göndərə biləcəyini bildirdi.
Öz növbəsində, AFP mənbəyə istinadən yazır ki, Almaniya ABŞ-nin iştirak etmədiyi təqdirdə Ukraynaya sülhməramlı missiya üçün qoşun göndərilməsinin əleyhinədir:
“Biz Avropa və Amerikanın təhlükəsizlik siyasətlərinin fərqli olduğu ssenarilərdə iştirak etməyəcəyik”.
Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib ki, Britaniya mümkün atəşkəs razılaşması üçün təhlükəsizlik təminatlarını təmin etmək üçün Ukraynaya öz qoşunlarını göndərməyə hazırdır. 
Tarix: 18-02-2025, 09:14
Xəbəri paylaş





Xəbər lenti