ABŞ-ın yeni dövlət katibi Avropa diplomatiyasının rəhbəri ilə görüşdü

ABŞ-ın yeni dövlət katibi Avropa diplomatiyasının rəhbəri ilə görüşdü ABŞ-ın yeni dövlət katibi Reks Tillerson Avropa diplomatiyasının rəhbəri Federika Mogerini ilə ilk görüşünü keçirib.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Dövlət Departamenti məlumat yayıb.

“Bizim birgə uğurlu əməkdaşlığımız davam etdiriləcək”, - deyə görüşdən əvvəlki ənənəvi protokol çəkilişləri zamanı Mogerini jurnalistlərə bildirib.

Bundan sonra görüşün qapalı keçdiyi bildirilir, danışıqların təfərrüatları açıqlanmır.

Bununla belə, görüşdən sonra Mogerini Twitter-də görüşün müsbət olduğunu bildirib. “Biz Suriya, Ukrayna və bir çox digər məsələlər üzrə Aİ-ABŞ əməkdaşlığını davam etdirəcəyik”, - deyə Mogerini vurğulayıb.
Tarix: 10-02-2017, 07:35
Xəbəri paylaş





Xəbər lenti