Ələ keçən yadplanetli sorğu-sual edildi– Şok video
Yutub paylaşım kanalında ələ keçmiş yadplanetli olduğu iddia edilən birinin sorğu-suala çəkldiyini əks etdirən videonun 1964-cü ildə Amerikanın Nevada əyalətində yerləşən gizli araşdırma bazası sayılan 51-ci bölgədə çəkildiyi bildirilir.
Axar.az xəbər verir ki, məxfi qrifli görüntünün 2011-ci ildə 51-ci bölgənin keçmiş işçisi tərəfindən oğurlandığı deyilir.
İddiaya görə, EBE-3 adlandırılan yadplanetlini “Mavi kitab layihəsi”ndə çalışan şəxslər sorğu-sual edir. Videoda edilən söhbətlərdən bir qismini təqdim edirik:– Planetini, yaxud kökünü söylə?..– Yer.
– Dünən bizə buraya gəlmək üçün minlərlə işıq ili qət etdiyini dedin.– Hə.
– Bizə doğrunu de, yoxsa…– Doğrunu deyirəm. Mən Yerdənəm. Gələcəyinizdən gəlirəm. Zamanda səyahət eləmək, kosmosda səyahət eləməkdir. Məkan ayrılığını bərabərləşdirərək.
– Yəni, gələcəkdə bizi kosmoslular işğal edəcək?– Xeyr.
– Elə isə, sən bir insansan…– Təkamül keçirmiş nəvənizəm.
– Yəni, sən bizdən təkmilləşmisən?– Hə.
– Yaxşı, bəs indi burada nə edirsən?– Müşahidə edirəm. Çünki bütün sübutlar yox oldu.
– Necə yox oldu?– Nüvə… müharibəsi. Az sayda xilas olanlar oldu. Bizim atalarımız.
– Yaxşı. İndi sənin dövrünə diqqətimizi cəmləyək.– Mənim dövrümdəki ixtiraları anlamaz, yaxud qəbul edə bilməzsiniz.
– Yoxla məni.– Kainatın qaynağının, “həyat” adlandırılan anlayışın yaradılışının nə olduğunu bilirik.
– Yəni, həyatın mənasını bilirsiniz?– Mənasını deyil, yaradılışını.
– Fərqi nədir?– Anlam nisbi bir şeydir. Yaradılış isə obyektiv gerçəklik.
– Yəni, sən kainatın necə yaradıldığını bilirsən?– Hə.
– Yəni, Tanrını görmüsən?– Batil inanclara olan ehtiyacımızdan təkamül keçirdik. Tanrıya və digər miflərə olan ehtiyacımızdan…
– Yaxşı, aydınlaşdır bizi. Öləndə bizə nə olacaq?– İnsan ölümü beynində yaradır. Ölüm deyə bir anlayış yoxdur. Həyat adlandırılan şeyin hər anını təcrübədən keçirəcəksən. Sən, mən, o… Hamımız eyni canlının mərhələləriyik.
Söhbətin ardını bilmək üçün videonu izləyə bilərsiniz:
Tarix: 10-02-2017, 07:42