San Fransisko metrosunun süpürgəçisi ildə 271 min dollar qazanıb
Transparent California” təşkilatı aydınlaşdırıb ki, Amerikanın San Fransisko şəhərindəki metrolardan birində süpürgəçi ildə 270 min dollar qazanıb. 2015-ci ildə Lyan Çjao Çjanın rəsmi məvacibi 58 min dollar olub. Bundan başqa, o, yüksək iş potensialına görə 162 min dollar da qazanıb. Bonusları da əlavə etsək, onun ümumi qazancı 271 243 dollar olub. “Transparent California”da aydınlaşdırıblar ki, sənədlərə əsasən, Çjan hər gün işə gəlib. Bura bazar günləri, bayramlar və istirahət günləri də daxildir. Onun gün ərzindəki iş müddəti 17 saat təşkil edib. İzləmə kameralarındakı qeydlərə görə, təmizlikçi periodik olaraq anbarda gizlənib və saatlarla ordan çıxmayıb. Rəhbərlik isə deyib ki, Pauell stritt stansiyasını evsizlər çox çirkləndiriblər.
Bu səbəbdən də təmizlikçilərin hər zaman üçün görəcəyi işlər olub. Çjanın sözlərinə görə, o, həvalə olunan hər işi görürmüş.
Selcan
Tarix: 10-02-2017, 07:57