Bəşər Əsəd və həyat yoldaşı terrorçuların əlindən azad olunan dinc əhali ilə görüşdü — FOTOLAR
Suriya prezidenti Bəşər Əsəd və onun həyat yoldaşı Əsma Əsəd terrorçuların girovluğundan azad olunan dinc əhali ilə görüşüb.
Ölkə.Az xəbər verir ki, görüş zamanı Suriya rəhbəri azad olunan insanların əhalı ilə maraqlanıb. Onlara bir daha terrorçuların əlinə düşməyəcəyi barədə vədlər verib.
Qeyd edək ki, bir müddət əvvəl onlarla qadın və uşaqlar terroçular tərəfindən əsir götürülmüşdülər. Terrorçular onları evlərindən, həyətlərində zorla çıxararaq aparmışdılar. Buna qarşı çıxanları ilə vəhşicəsinə qətlə yetirmişdilər.
Ziya Səccad
Tarix: 10-02-2017, 09:04