"Bütün düşmənləri məhv edilməyənə qədər ABŞ sakitləşməyəcək"- VİTSE-PREZİDENT
“ABŞ bütün düşmənlərini, o cümlədən İŞİD terror təçkilatını zərərsizləşdirmədən sakitləşməyəcək”. Cebhe.info xəbər verir ki, bunu ölkənin vitse-prezidnti Maykl Pens Hərbi Akademiyada çıxışı zamanı deyib."Əmin olun ki, dövlətimiz və xalqımızın bütün düşmənləri məhv edilməyənə, yenidən sakit yaşamayana qədər prezident Donald Tramp və onun adminstrasiyası, eləcə də bütün ölkə sakit olmayacaq”,- deyə Pens vurğulayıb.
Vitse-prezident bildirib ki, ölkə öz tarixi boyunca ilk dəfə bu qədər böyük təhlükələrlə üz-üzədir: “Radikal islam təkcə Amerika xalqını yox, bütün həyatı məhv etmək istəyir. İŞİD dünya xilafəti yaratmaq cəhdinə mane olan hər şeyi məhv etməyə hazırdır. Biz onları dayandırmayana qədər onlar dayanmayacaqlar. Biz isə onları dayandıracağıq”.
Qeyd edək ki, prezident Donald Tramp İŞİD-ə qarşı mübarizədə yeni müttəfiqlər tapılması barədə tapşırıq verib.
Xəzər
Tarix: 10-02-2017, 09:13