Xətai rayonu zibil poliqonuna çevrilib-İcra başçısı isə……



Xətai rayonu ərazisində yerləşən şəhid Ələkbər Əliyev adına 204 saylı məktəbin ətrafında hökm sürən antisanitar vəziyyət valideynlərin narazılığına səbəb olub.
Bununla bağlı şikayət daxil olub.
Qeyd edilib ki, hər gün onlarla uşaq bu zibilliyin içindən keçib məktəbə gedir. “Məktəbin həyətinin təmiz olmasına baxmayaraq, biz bu zibillikdən keçmək məcburiyyətindəyik. Heç bir aidiyyəti qurum buna baxmır. Yaşayış binasının önündə zibil qabı yoxdur deyə, hər kəs əlinə keçəni buraya atır. Hətta spirtli içki şüşələrini belə, – deyə şikayətdə bildirilir.

Mənbə: Oxu.az
Tarix: 15-01-2025, 12:35
Xəbəri paylaş





Xəbər lenti