Şirvanda 19 tüfəng polisə təhvil verildi
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
Siam.az-a verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq ötən gün ərzində 19 sakin müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Tarix: 21-11-2023, 09:20