Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb, 23 nəfər xəsarət alıb, ölən var - YENİLƏNDİ

TƏBİB Bərdə rayonunda baş verən hadisədə xəsarət alan vətəndaşlarla bağlı məlumat açıqlayıb. TƏBİB-dən bildirilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.
1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində xəsarət alaraq xəstəxanada ölən şəxs 1958-ci il təvəllüdlü Məmmədova Sarıtrel Abbasəli qızıdır.
***
14:08
Bərdədə yas mərasimi keçirilən ev uçub.
Hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb. Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçrilən zaman ev anidən çöküb. Hadisə nəticəsində 10-dan çox şəxsin xəsaeət aldığı bildirilir.
Onlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib./APA
Tarix: 23-11-2023, 15:30