Laçında hərbçilər qəzaya düşdülər: Ölənlər və yaralananlar var - ÖZƏL
Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb.Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, Minkənd kəndində baş verən hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb.
Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib.
Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilir.
Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar.
Tarix: 4-01-2024, 21:11